Şair, publisist Xuraman Vəfa barədə yazmışdım. Yazmışdım ki, bu xanım həyat yoldaşı – Türkiyə vətəndaşı Çakır Mehmet Şeriflə birlikdə adamların etibarından sui-istifadə edərək dələduzluq edirlər. Hamıya özlərini iş adamı kimi tanıdıblar. Guya avadanlıqlar gətirərək plastik qabların istehsalını təşkil edəcəklərmiş. Şirin dillərinə aldananlardan çıxartdıqları pulları isə biznesə yox, öz ciblərinə yatırıblar. Məsələnin üstü açılandan sonra şikayətlərin ardı-arası kəsilmir. Xuraman xanım və …
Read More »Qərbi Azərbaycan Xronikası: “Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Boyukmillet.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni olub. R.Zeyni vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vağudi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi kənddə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. …
Read More »Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib
Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb. Boyukmillet.com bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər. Qazaxıstan və …
Read More »Ərdoğan Ersin Tatarla görüşdü
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Türkiyədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. O, Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş mətbuata qapalı keçirilib. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ŞKTR Baş naziri Ünal Üstelin də görüşdə iştirak etdiyi bildirilir.
Read More »Türkiyə davamlı turizmin qlobal nümunəsini ortaya qoyur
Qlobal Davamlı Turizm Şurası (GSTC) ilə hökumət səviyyəsində müqavilə imzalayan dünyanın ilk ölkəsi olan Türkiyə COP 28-də (UNFCCC Tərəflərinin 28-ci Konfrans) Türkiyə Pavilyonunda unikal, turizm yönümlü panel müzakirəsi təşkil etdi. Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransındakı panel müzakirəsi ölkənin qabaqcıl Milli Davamlı Turizm Proqramına həsr olunub. Boyukmillet.com xəbər verir ki, Kapadokya Universitetinin rektoru Prof. Dr Hasan Ali Karasarın moderatorluğu …
Read More »Samir Adıgözəlli: “O kadrları gördüm və çox üzücü mənzərə idi”
İsrail əsgərləri Türkiyənin Anadolu Agentliyinin foto-müxbiri Mustafa Harufa hücum edib. TurkicWorld xəbər verir ki, hadisə bir qrup fələstinlinin Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cövz bölgəsində namaz qılmaq üçün toplaşdığı zaman baş verib. İsrail polisi hadisəni izləyən AA foto-müxbiri Harufa əvvəlcə silah çəkib, sonra onu yerə yıxaraq təpikləyib. Məlumata əsasən, jurnalist xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa …
Read More »Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır
Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarsıtanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər. Xatırladaq ki, avqust ayında Ərdoğan artıq Türkiyənin Rusiya və Ukrayna arasında İstanbul …
Read More »Ombudsman Xocavənddəki məktəbdə partlayıcının aşkarlanması ilə bağlı beynəlxalq təşkilatlara səslənib
İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı şərhində deyilir. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd …
Read More »KXCP fəalı polisə aparılıb
Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Asiman Yəhyayev dünən polisə aparılıb.Bu haqda saytımıza siyasi fəalın atası Qəhrəman Yəhyayev məlumat verib.O bildirib ki, Asiman bir neçə saat Xəzər rayon polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.Ondan ictimai asayişi pozan hərəkətlərə yol verməsi ilə bağlı izahat alıblar. Qəhrəman Yəhyayev oğlunun heç bir ictimai asayişi pozmadığıni və qanunsuz olaraq polisə aparıldığını bildirib.Qeyd edək ki, bundan …
Read More »Aqşinlə Hüseynin TikTokda nə işi var? – Foto
Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar