Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycandan qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 11 nəfər saxlanılıb

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Bu barədə  DİN-dən bildirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri …

Read More »

İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məktubda deyilir: “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini …

Read More »

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub. Təlimdə Mi-17-1V helikopter …

Read More »

Rusiya XİN başçısının müavini: “Moskva “3+3” formatında fəal işi davam etdirmək əzmindədir”

“Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir”. Boyukmillet.com xəbər verir ki, bunu “Sputnik”ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edir. Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tbilisinin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb. Qeyd edək ki, …

Read More »

Mərakeşin Baş naziri: Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərakeş Krallığının Baş naziri Aziz Axanuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib. Milli Məclisin sədri Baş nazirə, …

Read More »

Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq

Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Boyukmillet.com xəbər verir ki, qeyri-iş günləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində yer alıb. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri …

Read More »

ABŞ-nin Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanla ABŞ arasında bir sıra …

Read More »

Azərbaycanda 2024-cü il üçün qeyri-iş günləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 yanvar – Ümumxalq hüzn günü; 8 mart – …

Read More »

Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa …

Read More »

Rusiyadan Azərbaycana 3 nəfərin ekstradisiyası təmin edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan …

Read More »