Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev …
Read More »Azərbaycanın XİN başçısı: “Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq”
Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxışında deyib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran XİN başçısı hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, …
Read More »PKK terror qruplaşmasının əsas rəhbərlərindən birinin cangüdəni məhv edilib
PKK terror qruplaşmasının əsas rəhbərlərindən biri olan Murad Karayılanın cangüdəni məhv edilib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial səhifəsində yazıb. Məlumata görə, dekabrın 4-də “Kahramanlar-32” adı altında antiterror əməliyyatı keçirilib. Türkiyənin Mardin əyalətinin Darkeçid rayonunun Alayurt məhəlləsində 2 terrorçu zərərsizləşdirilib. Aparılan DNT analizi nəticəsində onlardan birinin “Herekol Hezek” kod adlı Yunus Araş olduğu müəyyən …
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Read More »Azərbaycan Prezidenti: “COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik”
Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. …
Read More »İlham Əliyev: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”
“COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə …
Read More »İlham Əliyev: “Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”
Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu …
Read More »AFFA-nın vitse-prezidenti İşçi Qrupunun ilk iclasında müzakirə olunan məsələləri açıqlayıb
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun bu gün keçirilən ilk iclasında müzakirə olunan məsələlərdən danışıb. Milli assosiasiya rəsmisi “Report”a açıqlamasında onlayn toplantıda qrupun necə fəaliyyət göstərməsi və Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparıldığını bildirib. Vitse-prezident əlavə edib ki, ilk toplantıda İşçi Qrupunun iş prinsipi müəyyən edilib: “Ümumi müzakirələr aparıldı, məqsədlər və vəzifələr müəyyənləşdirildi. Qərar qəbul olundu ki, …
Read More »Pekində “İB Group”la “Baotou Steel” arasında saziş imzalandı – Fotolar
Bu gün “İB Group” MMC-nin İcraçı direktoru Babəkəfəndi İmanovun və “Baotou Steel” Dövlət müəssisəsinin İcraçı direktoru Wu Xiang Dong-un birgə iştirakı ilə Azərbaycan və Ukrayna ilə yanaşı Türk dövlətlərində ekskluziv nümayəndəlik verilməsi üzrə Çinin paytaxtı Pekin şəhərində saziş imzalanıb. “İB Group” MMC ilə “Baotou Steel” Dövlət şirkəti arasında uzunmüddətli strateji əməkdaşlıq əlaqələri mövcuddur. “Baotou Steel” 1954-cü ildə qurulmuş və Çinin tam sənaye zəncirlərinə və tikişsiz …
Read More »Bakıda təşkil olunacaq COP29-la bağlı Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
2024-cü ildə Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar