“Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.
Read More »Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi şəxs və səfərin vaxtı açıqlanıb
Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi kosmonavtın kimliyi və səfərin tarixi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin sənayə və texnologiya naziri Mehmet Fatih Kacır bildirib. Nazir qeyd edib ki, səfər edəcək şəxs Alper Gezerdir, o, 2024-cü il yanvarın 9-da kosmosa gedəcək. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərəcək, orada İspaniya, İtaliya və İsveçdən olan kosmonavtlarla birgə çalışacaq. Kosmosa səfər …
Read More »Azərbaycan və Ermənistan arasında komissiyaların iclaslarının təşkili və keçirilmə qaydası məlum olub
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub. Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin …
Read More »Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis …
Read More »Prezident və birinci xanım Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, əklil sənətçinin məzarı üzərinə qoyulacaq. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu …
Read More »XİN başçısı: “2023-cü il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub”
“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur. Ölkələrimiz arasında çoxsaylı formatlar mövcuddur”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz tez-tez görüşür, telefon danışıqları aparırıq. 2023-cü il ölkələrimizin tarixində çox önəmli ildir. Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub”, – nazir vurğulayıb.
Read More »Azərbaycan XİN başçısı: “Ermənistanla münasibətlərin normallaşması real görünür”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü bəyan edib. Boyukmillet.com-un xəbərinə görə, o, dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə müttəfiqliyinin bölgədə sabitliyin qorunmasının əsas faktoru olduğunu deyib. “Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var. Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə …
Read More »Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb
Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb. Boyukmillet.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında əksini tapıb. Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 …
Read More »Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerinin dəyişməsi barədə qərar verib
Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Vedi rayonunun kəndlərindən birinin ərazisində tikiləcək.
Read More »Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiqlənib. Boyukmillet.com 1 xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar