“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Böyük Qayıdış: yeni …
Read More »Bəşir Hacıyev: “Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq”
Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil olunmuş “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda panel müzakirələrində bildirib. Bundan …
Read More »Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq
Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: “Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. …
Read More »2023-cü ildə yüksək vəzifəyə təyin olunanlar – ARAŞDIRMA
İdarəetmədə çevikliyin və peşəkarlığın artırılması məqsədilə Azərbaycanda hər il müxtəlif vəzifələr üzrə bir sıra kadr dəyişiklikləri həyata keçirilir. 2023-cü ildə də bir sıra məmurlar Azərbaycan Prezidentinin sərəncamı ilə müxtəlif vəzifələrə təyinat alıblar. Bizim.Media bu il yüksək vəzifələrə təyinat alan şəxsləri araşdırıb. İnam KərimovO, 2023-cü ilin aprelin 4-də Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunub. İnam Kərimov bu postda Ramiz Rzayevi əvəz …
Read More »Dövlət Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər məcburi sosial sığorta və vergi ödənişlərini etmələrini tələb edib. Boyukmillet.com DVX-yə istinadən xəbər verir ki, bu il dekabrın 15-dək Məcburi Dövlət Sosial Sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi lazımdır. Eyni zmaanda cari ilin dekabrın 20-i xüsusi notariuslar üzrə gəlir vergisi, idman …
Read More »Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32 472 ədəd müxtəlif adda …
Read More »İcma Aİ-ni Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırıb
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan …
Read More »Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı tədbirlər keçirilir
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin və Heydər Əliyev adına Hərbi Liseyin komandaları …
Read More »Zabuxda məktəb fəaliyyətə başlayıb
Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb. …
Read More »22 il axtarışda olan sabiq deputat həbs edilərək Bakıya gətirilib-Məhkəmə isə…
Şəkildə gördüyünüz bu adam- Naxçıvan Ali Məclisinin sabiq deputatı Cəfərov İbrahim Mustafa oğludur. Əslən Kəngərli rayonunun Xok kəndindən olan bu şəxs 2002-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 17 ağır maddəsi ilə rəsmən axtarışda olub. O, Bakı şəhərində törədilən bəzi cinayət əməllərinin təşkilatçısı kimi təqsirləndirilib. Çox imkanlı adam olub, el arasında Hacı İbrahim ləqəbi ilə tanınıb. Naxçıvan şəhərindəki Tütün Fermentasiya Zavodu, bir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar