Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk İnvestisiya Fondu Təsis Müqaviləsi”ni təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub. Türk Dövlətləri Təşkilatının (TDT) qurucu üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın imzaladığı sənədin əsas məqsədi regiondaxili ticarətin təşviqinə kömək etmək və bu sahədə dövlətlərarası münasibətləri təmin etməkdir. Sənəd 2023-cü il martın 16-da Ankarada imzalanıb. Fondun …
Read More »Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib
Elm və təhsil naziri Emin Əmrullayev peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib. Boyukmillet.com xəbər verir ki, o, bu təklifi “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı irəli sürüb. “Peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var. Rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası …
Read More »Ermənistan Konstitusiya Məhkəməsi parlament müxalifətinin iddialarına baxmaqdan imtina edir
Ermənistan Konstitusiya Məhkəməsi parlamentdəki müxalif qrupların müraciətlərinə baxılmaması üçün əlindən gələni edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Qeyd edilib ki, söhbət müxalifətin parlamentin komissiyalarına rəhbər vəzifəsinə namizəd irəli sürmək hüququndan gedir: “Müxalifətin daimi komissiyalara rəhbərlik etmək hüququnun olmasına baxmayaraq, qərar verən parlament çoxluğudur. Məhz onlar müxalifətdən kimin və hansı posta təyin ediləcəyini müəyyən edir”. Artıq bir …
Read More »Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək
Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək. Bu barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) bildirilib. Forum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Türkiyənin ticarət naziri Ömer Bolat, və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının quruluşunun 100 illiyinə həsr olunub. Tədbir Azərbaycanda İxracın …
Read More »Naxçıvanda bu il 12 minə yaxın “ASAN İmza” sertifikatı verilib
Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 6 618 müraciət üzrə 11 821 “ASAN İmza” sertifikatı verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bundan başqa, məlumata görə, 11 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34 346 şəxs qəbul edilib. Xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə …
Read More »Pakistanın Dövlət Televiziyasında Ümummilli Lider Heydər Əliyev haqqında xüsusi reportaj yayımlanıb
Pakistanın Dövlət Televiziyasında (PTV World) Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan xüsusi reportaj yayımlanıb. Boyukmillet.com xəbər verir ki, reportajda hər il dekabrın 12-də Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi vurğulanıb. Bildirilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun vəfatından 20 il ötür. Reportajda qeyd olunub ki, tarix onu nadir lider, qüdrətli dövlət …
Read More »Bu il Azərbaycanda 27 milyon tondan çox neft-kondensat hasil edilib
Bu ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 27,6 milyon ton, ixracı isə 23,1 milyon ton olub. Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir əlavə edib ki, bu dövrdə 3,6 % artımla hasil edilmiş 44 milyard kubmetr təbii qazın isə 22,05 milyard kubmetri ixrac olunub. Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən …
Read More »Füzulidə silah-sursat aşkarlanıb
İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Azərbaycan nefti 3 % ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,4 ABŞ dolları, yaxud 2,99 % azalaraq 77,82 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 73,06 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Füzuliyə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Boyukmillet.com xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 112 nəfər köçürülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar