Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Mətbuat Şurası: “Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniya yolverilməzdir”

Azərbaycan Mətbuat Şurası Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniyanı pisləyən bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda qeyd edilib ki, Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniyanın aparılması yolverilməzdir. “Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, …

Read More »

Azərbaycan itkin düşmüş şəxslərin taleyi ilə bağlı beynəlxalq ictimaiyyəti dəstək göstərməyə çağırıb

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75-ci ildönümü münasibətilə “İnsan Hüquqları 75” təşəbbüsü çərçivəsində Cenevrədə beynəlxalq konfrans keçirilib. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Cenevrədəki BMT bölməsi yanındakı daimi nümayəndəliyi dünyanın 150-dən çox ölkəsinin yüksək səviyyəli şəxslərinin, o cümlədən dövlət və hökumət başçılarının, vitse-prezidentlərin, parlament üzvlərinin, xarici işlər, ədliyyə və məhkəmə orqanları, elm və təhsil müəssisələri rəhbərlərinin, Avropa Şurası …

Read More »

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 33-cü sessiyasında iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş 33-cü sessiyasında Azərbaycanı təmsil edib. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, plenar iclaslarla davam edən beynəlxalq tədbir çərçivəsində Assambleyanın prezidenti və vitse-prezidentlərinin seçilməsi, prosedur qaydalarına təklif edilmiş dəyişikliklərin nəzərdən keçirilməsi və təşkilatın komitələrinin fəaliyyəti …

Read More »

Rusiya XİN: İlin sonunadək sülh müqaviləsinin imzalanması şansı var

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq şansı həmişə var”. “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib. “Amma Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyini bilmirəm”, – o əlavə edib.

Read More »

Rusiya MN Xankəndidə sülhməramlı kontingentin qəzaya uğraması barədə məlumat yayıb

Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Xankəndidə sülhməramlı kontingentin qəzaya uğraması barədə məlumat yayıb. Boyukmillet.com Nazirliyə istinadən xəbər verir ki, BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb. “Azərbaycan tərəfini iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı …

Read More »

Prezident İlham Əliyev: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti ardıcıl olaraq dəstəkləyir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com  paylaşımı təqdim edir: “Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji …

Read More »

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi şəhərində ASAP nümayəndəlikləri tərəfindən 12 dekabr – Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin bu şəhərlərdə yerləşən abidələri ziyarət olunaraq gül …

Read More »

“Tik-tok”da yuyulan çirkli pullar – böyük səhifələr NƏZARƏT ALTINDA

Jurnalist Məhəmmədəli Qəribli TikTok üzərində bir müddət araşdırmalar apardıqdan sonra həyəcan təbili çalmağa başlayıb. O həmin sosial şəbəkədə canlı yayım açaraq, çoxlu izləyicisi olan tiktokerlərin səhifələrinin nəzarətə alındığını  vurğulayıb. Qeyd edək ki, Qəribli bir müddət öncə tiktoker Ləmanın bəzi oliqarxlar tərəfindən ona qarşı hücum silahı kimi istifadə edildiyini demişdi.  Boyukmillet.com xəbər verir ki, Lent.az-a açıqlama verən jurnalistin fikrincə TikTok-un Azərbaycan …

Read More »

Bunun adına SAXTAKARLIQDAN başqa bir ad tapa bilmədim!

Deməli QHT Agentliyi dünən rəsmi şəkildə açıqladı ki, 2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub. Diqqətlə oxuyun və zəhmət olmasa skrin edib yuxarıya da göndərin. Başqa şeyləri necə tez edirsinizsə QHT Agentliyi dünən rəsmi olaraq elan edir ki, layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, …

Read More »

Rubl alanlara şad xəbər!

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmilletcom xəbər verir ki, , Rusiya rublunun məzənnəsi 1,62 % artaraq 0,0188 manat, avronun məzənnəsi isə 0,02 % artaraq 1,8301 manat təşkil edib.

Read More »