Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlanıb

2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edilib ki, proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident …

Read More »

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, …

Read More »

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib – SİYAHI

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib. Boyukmillet.com Təqvim planını təqdim edir: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 dekabr 2023-cü il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir. NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T Ə Q V İ M P L A …

Read More »

60 yaşlı Şirvan şəhəri yüksəliş yollarında

Mən bu şəhərdə doğulub böyümüş, yaşa dolmuşam. İndiki Şirvan (keçmiş Əli Bayramlı) gözlərim qarşısında yüksəliş yolları keçmişdir. Bu inkişaf yollarını orta təhsil , eləcə də jurnalist kimi Şirvanda əmək fəaliyyətimə başladığım və sonrakı illərdə aydın görmüşəm. Şirvan 50-60 il bundan əvvəlki şəhər deyil. Küçələr, idman meydançaları, parklar, istirahət guşələri, sənaye müəssisələri artmış, insanların rifahı yaxşılaşmışdır. Aran zonasında yaşıllıqların artırılmasının çətinliyi …

Read More »

Ziyalılardan Firudin Cəlilova ağır cavab: “Allah lənət eləsin!”

AXC hakimiyyəti dönəmində (1993) təhsil naziri işləmiş Firudin Cəlilovun BBC Azərbaycanca-ya müsahibəsi qalmaqala səbəb olub.  Boyukmillet.com xəbər verir ki, müsahibə zamanı Firudin Cəlilov Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə test üsulu ilə keçirilməsi təşəbbüsünün özünə məxsus olduğunu iddia edib: “”Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun”. 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmiş türkoloq …

Read More »

Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “TRT World Forum 2023 – Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında danışıb. “Baş verən proseslər “Dünya beşdən böyükdür” prinsipimizin nə qədər doğru olduğunu bir daha göstərir”, – dövlət başçısı söyləyib. R.T.Ərdoğan bildirib ki, beynəlxalq təşkilatlar dünyadakı problemlərin qarşısını ala …

Read More »

Məzahir Pənahov: “Qapılarımız beynəlxalq qurumların nümayəndələrinə açıqdır”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu bəyan edib. Boyukmillet.com-un xəbərinə görə, bunu M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. “Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub”, – sədr deyib. Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər: “Yenə də müzakirələrimiz açıq olacaq. Beynəlxalq …

Read More »

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və …

Read More »

Elm və Təhsil Nazirliyində yeni təyinat olub

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Turxan Süleyman Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

Read More »

Putin prezidentliyə namizədliyini açıqlayıb

Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb. Boyukmillet.com “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.

Read More »