Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir. Boyukmillet.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə – Rusiya, ABŞ və Avropa Birliyində də …
Read More »“Qarabağ: 30 ildən sonra evə dönüş nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. 30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “ Qarabağın dirçəlişində gənclərin …
Read More »Məni niyə söydürürlər. ?Niyənin cavabı…
Hörmətli dostlar, Dünən barəmdə yazılan şər-böhtanın sifarişçisinin kim olduğunu öyrənə bildim. Həqiqətən də o boyda adamın yerinə utandım ki, bir qadınla mübarizə üsulunu bu cür iyrənc təzyiq yollarında tapırlar.Mən bu günə kimi nə kimisə şantaj etməmişəm, nə də sizin kimisə dolayıb QHT Agentliyindən milyonlar qazanmamışam. Kim daha çox şəffaflıqdan və yenilənmədən danışırsa, demək ki, onun əyri işləri var və günahı …
Read More »Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq
Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq. Boyukmillet.com-un xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən …
Read More »Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb
Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Böyük Britaniyanın “Concerte Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində baş tutub.
Read More »Şuşada mina partlayıb, xəsarət alan var
Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır.
Read More »Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək – SƏRƏNCAM
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Read More »Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan var
Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Mikayıl Cabbarov: “Qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib”
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib. Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir. “Dərman istehsalı hər bir dövlət üçün …
Read More »Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA
Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 3 sm olub. Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar