Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Səfir: “Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır”

“Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir bildirib ki, ölkəsi Azərbaycanın beynəlxalq hüququn müəyyən edilmiș prinsipləri əsasında bütün qonşularla münasibətləri normallaşdırmaq səylərini alqışlayır. “Rumıniya Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir”, – V.Soare qeyd edib.

Read More »

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasında rəsmi səfərdədir. Boyukmillet.com xəbər verir ki, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli …

Read More »

Vasile Soare: “Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”

“Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir, həmçinin biıdirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində birgə uğurla çalışırlar. “Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl …

Read More »

Bakıda “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub

Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub. Boyukmillet.com xəbər verir ki, tədbir Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin açılışında vurğulanıb ki, Böyük Britaniya səfirliyi 30 ildir bu istiqamətdə layihələr təşkil edir. “Keçən il Böyük Britaniya Xarici İşlər Nazirliyi əlillərlə bağlı strategiya qəbul edib. Bu, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığını göstərir”, – …

Read More »

Bakıda Yeni il atributları satışa çıxarıldı: yolkalar neçəyədir? – FOTO

Yeni ilin gəlişi ilə əlaqədar olaraq Bakıda supermarket və ticarət mərkəzlərində bayram atributlarının – şam ağaclarının və digər aksesuarların satışına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın əməkdaşı paytaxt üzrə bəzi satış və ticarət mərkəzlərində olub və məhsulların qiymətləri ilə maraqlanıb. Belə ki, bir çox satış məntəqələrində şam ağaclarının qiyməti ölçüsündən asılı olaraq dəyişir. Müxtəlif satış məntəqələrində 5 manatdan başlayaraq 456 manata və …

Read More »

Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulacaq

Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq. Boyukmillet.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Məlumata görə, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək. Xatırladaq ki, bu il mayın 2-də həmin hissədə qəza baş verib.

Read More »

Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet”in regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib. Görüşdə bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, …

Read More »

Türkiyə səfiri Kahramanmaraşa göndərilən növbəti yardıma görə Azərbaycana təşəkkür edib

Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədər kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diaspora Dəstək Fondunun təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahmaramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və …

Read More »

Baş nazir Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə tapşırıq verib

Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapşırıq verib. Boyukmillet.com-un xəbərinə görə, Baş nazir bununla bağlı “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla …

Read More »

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri …

Read More »