Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng …
Read More »Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli noyabrın 30-da Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alin Bayel ilə görüşüb. Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi …
Read More »Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur. Boyukmillet.com xəbər verir ki, Dubayda dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və …
Read More »ASCO-nun gələn il üzrə büdcə proqnozları müzakirə olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) 2024-cü il üzrə büdcə proqnozu müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, müzakirə noyabrın 30-da ASCO-nun Müşahidə Şurasının növbəti iclasında aparılıb. Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Şuranın, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2023-cü ilin ilk …
Read More »Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub
Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə noyabrın 28-29-da Minskdə səfərdə olub. Səfər zamanı ölkəmizin Belarusdakı səfirliyinə baş çəkilib, bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Qələbə meydanı ziyarət olunaraq Zəfər abidəsinin önünə əklil qoyulub. Azərbaycan və Belarus ədliyyə …
Read More »Florian Zenqstşmit: “Tezliklə Qarabağda turistik destinasiyalar istifadəyə veriləcək”
Yaxın gələcəkdə Qarabağ regionunda turistik destinasiyaların istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvlərinin növbəti Ümumi Yığıncağında deyib. O, 2019-cu ildən bəri ölkədə turizmin inkişafından və ölkəyə gələn xarici turistlərin artan tempindən bəhs edib, Turizm Bürosunun fəaliyyətindən danışıb.
Read More »Sahibə Qafarova: “Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin …
Read More »Gömrük sahəsi üzrə GUAM ölkələrində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb
GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, fikir mübadiləsi noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası zamanı aparılıb. Onlayn formatda keçirilən tədbirdə, həmçinin 35-ci iclasın protokolunun icrası, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti müzakirə olunub. Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov …
Read More »Milli Məclis Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatları pisləyib
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin …
Read More »Tenderlərdə qazanılan pullar hara gedir?
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov öz feysbuk hesabında QHT Agentliyi ilə bağlı, maraqlı paylaşım edib. Boyukmillet.com olaraq həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik: Dostlar və aidiyyəti #dövlət qurumları,Bir neçə aydır topladığım informasiyalar əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ndə korrupsiyanın kökünü demək olar ki, tapmağa nail oldum.Çoxu mənə deyirdilər, Agentliyik tək 2022-ci ildə 369 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar