Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Qızılcanın peyvəndlə qarşısı alına bilinən bir xəstəlik olduğunu, 20-ci əsrin 60-cı illərindən başlayaraq sözügedən xəstəliyə qarşı bütün yenidoğulmuşlara peyvənd vurulduğunu, hazırda peyvənd vurulmuş çoxsaylı insan olduğunu …
Read More »Nazir qızılcaya görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
“Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər. “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq …
Read More »Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq
“Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq”. Boyukmillet.com-un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır. O bildirib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur: “30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. …
Read More »Prezident İlham Əliyev BƏƏ-də səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasi – COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Bu barədə “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir.
Read More »TƏBİB qızılca ilə bağlı əhaliyə çağırış edib
“Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin …
Read More »Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb – SİYAHI
Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq …
Read More »Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il 6 ay həbs cəzası verilib
Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə elan edilib. Hökmə əsasən o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə …
Read More »Milli Məclis Avropa Parlamentinin komitəsinin qəbul etdiyi hesabatları pisləyib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat yayıb. Boyukmillet.co-un xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik …
Read More »ÜST-ün Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb
Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə nümayənədlik “X” hesabında paylaşım edib. Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb. “Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi …
Read More »Ermənistan XİN başçısı Aİ rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən iclası çərçivəsində görüşüblər. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, onlar regional təhlükəsizlik, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması məsələlərini müzakirə ediblər. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar