Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə veriləcək

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək. Boyukmillet.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, “Əlçatan metro” layihəsi çərçivəsində baş tutacaq. Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.

Read More »

Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatları da müzakirə ediləcək.

Read More »

Rusiya XİN: “Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”

“Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”. Boyukmillet.com  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Ukraynadakı hərbi münaqişə sülh sazişinin imzalanması ilə deyil, Rusiya xüsusi əməliyyatının bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir: “Mən atəşkəs gözləmirəm. Məqsədlərimizə nail olacağımızı gözləyirəm”. S.Ryabkov bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, …

Read More »

Böyük Qayıdış: Daha 17 ailə Laçına yola salınıb

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Laçına daha 17 ailə – 63 nəfər köçürülüb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha …

Read More »

Meksika Konqresinin senatoru: “Azərbaycan üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”

“Azərbaycan illər boyu işğala və soyqırıma məruz qalan tərəf olub, nəhayət üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”. Boyukmillet.com xəbər verir ki, bunu Meksika Konqresinin senatoru Navor Roxas Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı deyib. Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti …

Read More »

“SOCAR-PETROLEUM”UN BƏRDƏ 5 SAYLI NEFT TERMİNALINDA YANACAĞA SU QATILIR?

Sosial media istifadəçisi Sima Babayeva terminalın müdri Hacı Hacıyev barədə maraqlı faktları ictimailəşdirib… Həmin açıqlamada deyilir: «Tərtər rayonunun Köçərli kəndi ərazisində Bərdə- Ağdam- Tərtər- Ağcabədi «dördyolunun» üstündə yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində «SOKAR-PETROLEUM» QÇS-nin 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri Hacıyev Hacı və iş içraçısı Əvəz Həsənov adlı şəxslərdən şikayət edir. Şikayətdə göstərilir ki, …

Read More »

Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib. Bu barədə  Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə …

Read More »

Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə olunub

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi, potensial birgə layihələr, enerji tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə olunub. Bu barədə Boyukmillet.com İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə …

Read More »

Azərbaycan XİN: “AHİM Ermənistanın mövqeyini ifşa edib”

“Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” də yazıb. O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə …

Read More »

Azərbaycanda orta və yaşlı əhali qızılcaya görə vaksinasiya olunacaq

Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib: “Ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca …

Read More »