Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər …

Read More »

Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu maraqlı müzakirələrlə davam edib

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu öz işini panel iclası ilə davam etdirib. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Dr. Nuran Abdullayevin moderatorluğu ilə keçirilən panel iclası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri …

Read More »

Tufandağda köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə ucalan Elnur Hacıyev və Fərrux Hüseynovun xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib. Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, …

Read More »

Deputatlar və parlament Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib. Boyukmillet.com xəbər verir ki, yürüş 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət …

Read More »

AYB 21 mənzili hansı MTK ilə gizli sövdələşmədə əldə edib və bu detal niyə gizli saxlanılır?…

Azərbaycan Yazıçılar Birliyində növbəti biabırçı ev qalmaqalı yaşanır. Çox sakit şəkildə, cəmiyyətə heç bir məlumat vermədən qurumun 21 üzvünə mənzil paylanıb. Məhz həmin qurumun təmsilçiləri iddia edirlər ki, evlər həqiqətən ehtiyacı olanlara deyil, dövlətdən bir neçə dəfə mənzil alanlara və AJB rəhbərliyinə yaxın olan şəxslər arasında bölüşdürülüb. Dünəndən bəri, illərdi kirayələrdə yaşayan AJB-nin üzvü, tanınmış tərcüməçi Sevil Gültən bu barədə …

Read More »

XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir

Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib. “Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir. Bir ölkənin özünü ədalətin və asayişin ən böyük …

Read More »

Naxçıvanda işləməklə bağlı iddiam yoxdur. Həvəsim Xankəndidə işləməyədir…

Son vaxtlar Naxçıvanla bağlı, xüsusilə də jurnalistika sahəsində reallaşan bəzi təyinatlar diqqətimi çəkir. Həmin vəzifələrə Bakıda yaşayan və əslən Naxçıvandan olmayan, əsasən də xanım həmkarlarımız təyinat alır. Hər birini ürəkdən təbrik edirəm. Xahiş edirəm, mənim bu təsfirim əsla regional ayrıseçkilik salmaq kimi yozulmasın. Naxçıvan hər bir azərbaycanlının doğma vətənidir və hər kəsin orada: yaşamaq, gəzmək, hətta işləmək hüququ var. Ancaq …

Read More »

Nikaraqua nümayəndəsi “Kainat gözəli” müsabiqəsinin qalibi olub

Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub. Boyukmillet.com xəbər verir ki, tədbir müsabiqənin “YouTube” kanalında yayımlanıb. “Müsabiqə iştirakçılarını, təşkilatçıları və müxtəlif ölkələrdən gəlmiş qonaqları qəbul etməkdən şərəf duyduq. “Kainat gözəli” müsabiqəsi bizə nəyə qadir olduğumuzu dünyaya göstərmək imkanı verib. Salvadorun intibahının bir parçası olmağı seçdiyiniz üçün təşəkkür edirik”, – Mərkəzi …

Read More »