Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”si və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və …
Read More »Azərbaycan Xarici İşlər Nazirliyi Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşım XİN-in “X” hesabında yer alıb. Bildirilib ki, milli şüur tariximizin ən önəmli günlərindən biri olan 17 noyabr milli azadlıq hərəkatının başlanması ilə əlamətdardır: “17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim inkişaf və rifah arzu edirik. Yaşasın …
Read More »Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılır
Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın …
Read More »Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır
Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır. Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir. Qeyd edək …
Read More »Azərbaycan parlamentinin ABŞ ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Senatın qərarını kəskin pisləyib
Azərbaycanda hər kəs 907-ci düzəlişin ədalətsizliyə bərabər olduğunu bilir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Məclisinin ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, ABŞ bununla nəinki qarşılıqlı etibar və eyni zamanda strateji əməkdaşlıq əlaqələrinə zərbə vurdu: “Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabr ayında-Xocalı soyqırımından cəmi bir …
Read More »Azərbaycan sərhədini qanunsuz keçən İran vətəndaşına hökm oxunub
Beyləqan Rayon Məhkəməsində İran-Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən İran vətəndaşı Həmidi Bəhmənə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, hökm Beyləqan Rayon Məhkəməsində hakim Seyfəli Seyfullayevin sədrliyi ilə keçirilən iclasda elan olunub. O, 9 ay müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, H.Bəhmən cari il sentyabrın 10-da “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində …
Read More »Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
“35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 17 noyabr- Milli Dirçəliş Günü ilə bağlı “X” hesabında yazılıb. “O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.
Read More »Türkiyə kəşfiyyatı PKK/YPG-nin rəhbərlərindən birini məhv edib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror qruplaşmasının rəhbərlərindən biri olan Ali Subaşı məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. O, Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. A. Subaşının qruplaşmanın ideoloji məsələlər üzrə “məsul şəxsi” olduğu bildirilib.
Read More »İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb
İsrailin Azərbaycandakı səfirliyinə iranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb: “Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərk-silah edib”. Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İsrail səfirliyinə hücumda təqsirləndirilən M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Read More »Cinayət təqibi qiyabi icraat qaydasında həyata keçirilərkən sülh və insanlıq əleyhinə cinayətləri törədənlərin əmlakı müsadirə ediləcək
Cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilərkən dövlətin konstitusiya quruluşunun əsasları, sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin əmlakı müsadirə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir. Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar