Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 2020-ci il təvəllüdlü M.Z.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »İsrail İordan çayının Qərb sahilində terrorçuların məskunlaşdığı məscidə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) birgə əməliyyat keçirərək Fələstinin Cenin şəhərindəki (İordan çayının Qərb sahili) Əl-Ənsər məscidinə hava zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə adı çəkilən qurumlar birgə bəyanat yayıblar. Bildirilib ki, əməliyyat HƏMAS və “İslami Cihad” təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə keçirilib. Bəyanata əsasən, onlar yaxın vaxtda İsrailə zərbə endirməyi planlaşdırırdılar. Qeyd olunub ki, İsrail …
Read More »Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Türkiyədə Tarsus – Adana – Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. Bildirilib ki, çırpılmadan sonra yük avtomobili alovlanmağa başlayıb. Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Read More »ABŞ-də sinaqoq rəhbəri evinin yanında qətlə yetirilmiş vəziyyətdə tapılıb
ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Detroit Free Press” məlumat yayıb. Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir. Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını …
Read More »İsrail ordusu ortodoks könüllülərin orduya cəlb edilməsinə başladığını elan edib
İsrail ordusu adətən hərbi xidmətdən azad edilən ultradindar yəhudilərdən orduya səfərbər olmaq üçün çoxlu müraciətlər alır. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib. “Müharibə başlayandan bəri bütün İsrail cəmiyyətinin bu gün yardım və dəstək üçün səfərbər olduğunu görürük. Çoxlu sayda ortodoksal yəhudinin İsrail Müdafiə Qüvvələrində xidmət etmək istədiyini görürük. Bizə 2 mindən çox …
Read More »Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb
Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub. Boyukmillet.com xəbər verir ki, toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb. Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər. Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.
Read More »ABŞ Yaxın Şərqdə THAAD sistemlərinin batareyasını yerləşdirəcək
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense – “Ted”, Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin bəyanatında bildirilib. Ostin qeyd edib ki, ABŞ Prezidenti Cozef Baydenlə məsləhətləşmələrdən sonra “Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək” barədə qərar qəbul edilib. Eyni …
Read More »Kanada MN İsrailin Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə əmindir
Kanadanın Milli Müdafiə Nazirliyinin kəşfiyyatı İsrailin Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə yüksək dərəcədə əmindir. Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi qurumun rəhbəri Uilyan Blerin bəyanatında bildirilib. “Baş nazir (Castin Trüdo – red.) məndən Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil aparmağı tapşırmağımı xahiş edib. Kanada Qüvvələr Kəşfiyyat Komandanlığı (CFINTCOM) tərəfindən müstəqil olaraq aparılan təhlil İsrailin 17 oktyabr 2023-cü …
Read More »Argentinada prezident və parlament seçkiləri keçiriləcək
Bazar günü Argentinada prezident və parlament seçkiləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, ölkə vətəndaşları prezidentlə yanaşı Konqresə 130 deputat və 24 senator seçəcəklər. Ən yüksək dövlət postu uğrunda beş namizəd yarışır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç və …
Read More »İsveçrədə parlament seçkiləri keçiriləcək
Bazar günü İsveçrə vətəndaşları parlament seçkilərində qanunverici orqanın böyük palatası olan Milli Şuraya 200 deputat, onun kiçik palatası Kantonlar Şurasına isə 46-dan 45 deputat seçəcəklər. Boyukmillet.com xəbər verir ki, ötən əsrin 50-ci illərinin sonlarından bəri hökumət formalaşdıran dörd ən böyük partiya, sorğulara görə, yenidən Federal Məclisdə yerlərin böyük əksəriyyətini ala biləcək. Bu, faktiki olaraq ölkənin əsas siyasi qüvvələr arasında maraqlar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar