Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Hadrutda keçirilən I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qalibləri açıqlanıb

“Azərişıq” ASC-nin Xocavənd rayonunun Hadrut qəsəbəsində təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qalibləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, yarışda I yeri Azərbaycan energetikləri tutub, II yeri Qazaxıstan və Türkiyə komandaları bölüşüb. 3-lüyü Özbəkistan komandası tamamlayıb. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok …

Read More »

“Azərbaycan Dəmir Yolları” mobil tətbiqini istifadəyə verib

“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daha bir innovativ addım olan “ADY Mobile” tətbiqini istifadəyə verib. Boyukmillet.com xəbər verir ki, yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə …

Read More »

Zəngilan şəhəri belə olacaq – VİDEO

Zəngilan şəhərinin gələcək mənzərəsi ilə bağlı videoçarx hazırlanıb. Boyukmillet.com xəbər verir ki, videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. Təqdim olunan videoda bu şəhərin gələcək mənzərəsi əks olunur. Xatırladaq …

Read More »

Diaspor fəalları Diaspor Komitəsindən narazıdır

Azərbaycan diasporunun bir qrup fəal üzvü Prezident İlham Əliyevə müraciət qəbul edib. Müraciətin məğzi Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılığa köklənib. Ümid və arzu etmək istərdik ki, Prezidentə ünvanlanan müraciətdə əksini tapan hallar mövcud olmasın. Amma müxtəlif ölkələrdəki diaspor fəalları belə bir həyəcan təbili çalırsa, deməli nəsə yerində deyil. Əlbəttə, bu müraciətə DİDK-in verəcəyi cavab da ictimaiyyət üçün maraqlı …

Read More »

İsrailin müdafiə naziri: “Qısa zamanda Qəzza sektorunda quru əməliyyatı başlayacaq”

İsrailin müdafiə naziri Yoav Qalant qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb. “Hələlik Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə onu içəridən görəcəksiniz. Bu əmr gələcək”, – nazir Qəzza sektoru ilə sərhəddəki İsrail hərbi mövqelərinə səfəri zamanı deyib. Öz növbəsində, İsrail Müdafiə Ordusunun Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman Qəzza zolağına qurudan hücumun çətin, uzun və gərgin olacağını bildirib.

Read More »

İspaniya Yaxın Şərqdəki vəziyyətə görə Aİ-nin böhran mexanizmini işə salıb

2023-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edən İspaniya Yaxın Şərqdəki vəziyyətlə əlaqədar böhran mexanizmini işə salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bu, əsas məlumatların toplanması və böyük böhranlar zamanı siyasi qərarların sürətli koordinasiyası üçün olan prosedurdur. Mexanizm humanitar yardım, qaçqın axını və təhlükəsizliklə bağlı məlumatları birləşdirmək məqsədi daşıyır. Mexanizm üzvləri oktyabrın 20-də müzakirələr …

Read More »

DTX Qarabağda erməni təxribatı ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib. Sitat.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat …

Read More »

Kiyevdəki “Azərbaycan evi” bağlandı – Komitə sual dolu açıqlama yaydı -Yenilənib-VİDEO

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi “Azərbaycan Evi” 4 aydan artıqdır fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb. “Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən “Azərbaycan Evi”nə ayrılan …

Read More »

İsrail Qasım Süleymaninin heykəlini VURDU

İsrail Müdafiə Ordusu (IDF) Livanda iranlı general Qasım Süleymaninin abidəsinə hava zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. “Çərşənbə günü axşam İsrail ordusu Livanın cənubundakı Odayse yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin abidəsini vurub”, – nəşr Livanın “Al-Mayadin” telekanalına istinadən yazır. Qeyd olunub ki, hücum nəticəsində Kfar-Killada ucaldılan …

Read More »

Paşinyan: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib. “Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün …

Read More »