Bazar , 3 Noyabr 2024
Drone Cameras

“Avropa Mərkəzi Bankının son yığıncağı dolların ucuzlaşmasına səbəb oldu”

Avropa Mərkəzi Bankı isə gələn ilin yanvarından etibarən hər ay 30 milyard avroluq dövlət bondları almaq niyyətindədir ki, bu da avro emissiyasını artıracaq”.

Boyukmillet.Com xəbər verir ki, bu sözləri Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı Vüqar Bayramov Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlərin dolların məzənnəsinə nə dərəcədə təsir etməsindən danışarkən deyib:

“Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin dollara nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı. Gün ərzində qlobal birjalarda avronun dollara nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb. Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub. Belə ki, Mərkəzi Bank manata avroya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib. 

Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir. Avropa Mərkəzi Bankı isə gələn ilin yanvarından etibarən hər ay 30 milyard avroluq dövlət bondları almaq niyyətindədir ki, bu da avro emissiyasını artıracaq. Praktik olaraq, qlobal bazar arvozonada yeni pul emissiyalarına ilkin reaksiyasını nümayiş etdirdi. İspaniyanın ərazi bütövlüyü məsələsinin öz həllini tapmaması fonunda isə avronu daha ucuzlaşacağı istisna deyil. Deməli, avronun gələcəyi yenə də birbaşa avropalıların özündən asılıdır”.

Boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir