Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycan uzun əsrlər İslam mədəniyyətinin mərkəzi olub

Azərbaycan uzun əsrlər İslam mədəniyyətinin mərkəzi olub.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərində 1996-cı ildən ingilis, çin və rus dillərində fəaliyyət göstərən “Medimost” qrupuna daxil olan “Aviamost” xəbər agentliyinin internet səhifəsində yerləşdirilən “2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İlidir” başlıqlı məqalədə qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəylik İli elan etməsi ilə başlayan məqalədə həmçinin, ölkəmizdə yerləşən İslam mədəniyyəti abidələri, İslam ölkələri ilə münasibətlər, bu və başqa mövzulu mühüm tədbirlər, Bakı və Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilmələrindən bəhs edilir.

Məqalədə Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarına xüsusi diqqət ayrılır. Qeyd olunur ki, tədbir İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirəcək.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir