Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Azərbaycan və Fransa şərabçılıq sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın Regional kənd təsərrüfatı müşaviri Nikola Perrənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in nazirlitin saytına istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində müzakirələrin aparılmasından ibarət olub.

Nazir müavini İ.Quliyev Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.

İ.Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və fındıq istehsalına diqqət yetirildiyi barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

Fransanın Qarğıdalı Federasiyasının nümayəndəsi bildirib ki, ölkəsi qarğıdalı toxumu istehsalı üzrə Avropada birinci yerdədir və istehsal olunan toxumun 50 faizi Avropa ölkələrinə ixrac olunur, həmçinin toxumun yaxın Şərq ölkələrinə də ixracına dair təşviqat işi aparılır, təlimlər keçirilir. Qonaq hibrid qarğıdalı toxumlarının Azərbaycanda da sınaqdan keçirilərək əkilməsi ilə bağlı öz təkliflərini verib.

Nazir müavini İ.Quliyev heyvandarlıq və quşçuluq sahələrinin inkişafında güclü yem bazası yaradılması məqsədilə qarğıdalı istehsalı, həmçinin üzümçülük və şərabçılıq sahəsində birgə müəssisələrin yaradılmasını nəzərə çatdırdı. Fransa iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirdi.

Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir