Cümə axşamı , 24 İyun 2021
Home » Dünya » Azərbaycan vətəndaşları gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəklər

Azərbaycan vətəndaşları gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəklər

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.

Trend-in məlumatına görə, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.

Bu qanun layihəsi Milli Məclisin mayın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.

Check Also

Samir Adıgözəlli: “Bütün bunların fonunda iki ölkə arasında sülh razılaşması da imzalana bilər”

Rəsmi Bakı Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Bu barədə Azərbaycanın xarici işlər naziri …