Azərbaycanda “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı yaradılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) “Report”a verilən məlumata görə, MHM-in texniki dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən yaradılan portalın əsas məqsədi ölkə ərazisində məhsul istehsalının stimullaşdırılmasıdır.
Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin məqsədi regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
