Çərşənbə axşamı , 21 Yanvar 2025
Drone Cameras

Azərbaycanlıların bazarında əməliyyat: onlarla saxlanılan var

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rusiya polisi azərbaycanlı iş adamları – Qod Nisanov və Zərah İliyevə məxsus “Sadovod” bazarında profilaktika reydi keçirib. 
Boyukmillet.com xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb. 

“Hazırda bazarda profilaktika reydi keçirilir. Bazar ənənəvi qaydada fəaliyyətini davam etdirir”, – agentlik yazır. Mənbə əməliyyatın səbəblərini açıqlamayıb. 

Oxşar əməliyyat paralel olaraq “Moskva” ticarət mərkəzində də aparılır. 

Məlumata görə, əməliyyat zamanı onlarla miqrant saxlanılıb. 

“Həmin şəxslərin ölkəyə gəlişi ilə bağlı sənədləri, eləcə də, cinayət hadisələrinə aidiyyəti yoxlanılır”, – məlumatda qeyd edilib. 

“Kommersant” qəzetinin yaydığı məlumata görə, əməliyyat polis, Federal Təhlükəsizlik Xidməti və Rusiya qvardiyasının əməkdaşları tərəfindən keçirilir. 

Qeyri-rəsmi məlumatlara görə, əməliyyat müxtəlif etnik qruplar arasında son zamanlar baş verən silsilə münaqişələrlə əlaqədardır.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir