Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanlı millət vəkili Urmu gölünə baxış keçirdi: “Vəziyyət gərgindir” – VİDEO

15.09.2017 [12:36] – Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünə baxış keçirdikdən sonra gölün vəziyyəti ilə bağlı məyusedici sözlər deyib.

O çərşənbə günü Urmu gölündə qalan son gəmiyə gedib əraziyə baxış keçirdikdən sonra göldə suyun səviyyəsinin aşağı düşdüyünü bildirib.
“Hal-hazırda Urmu gölünün vəziyyəti çox gərgin və nigaranedicidir. Hökumət və Urmu Gölünü Canlandırma Mərkəzi Urmu gölünə zülm edir. Bizim isə göldə suyun səviyyəsinin qalxması üçün təkcə ümidimiz payız yağışlarınadır”- deyə o vurğulayıb.

Urmu gölünün bugünkü vəziyyətinin Azərbaycan əhalisinə psixoloji təsiri olduğunu deyən N.Qazipur əlavə edib ki, “artıq göl quruduğuna görə onun hər tərəfi ağarıb. Göldə çox az su qalıb, su olan yerlər də əslində duz bataqlığıdır.”

Millət vəkili sözlərinin sonunda göldə suyun səviyyəsinə işarə edərək hazırkı vəziyyətlə bağlı həyəcan təbili çalıb. “Urmu gölündə suyun səviyyəsi 2003-cü (hicri-şəmsi təqvimi ilə 1392-ci il) illə müqayisədə 18-20 santimetr aşağı düşüb, bu məsələ ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”- deyə N.Qazipur vurğulayıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib, Urmu gölündə vəziyyət getdikcə pisləşir.

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir