Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azay Quliyev seçiciləri qəbul edib

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçicilərini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, əmlak məsələləri və digər mövzuları əhatə edib.

Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını deyib.

Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də diqqətdə saxlayır.

A. Quliyev indiyə qədər olduğu kimi bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə səsləndirəcəyini bildirib. (Interpress)

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir