Bərzaninin keçirəcəyi müstəqillik referendumuna dəstəyini açıqlayan Kərkük Valisi, İraq Baş Naziri Heydər Əl İbadinin tələbi ilə vəzifəsindən alındı.
Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İraq Baş Naziri Heydər El-İbadinin İKBY Rəhbəri Məsud Bərzaninin 25 sentyabrda ediləcəyini elan etdiyi referenduma dəstəyini açıqlayan Kərkük Valisinin vəzifədən alınmasını tələb etməsinin ardından irəliləyişlər baş verdi. İraq Parlamenti Kərkük Qubernatorunu vəzifədən uzaqlaşdırma qərarı aldı. Kərkük Valisi, müstəqillik referendumuna iştirak etmək qərarı almışdı.
İKBY Rəhbəri Məsud Bərzani, 7 iyunda siyasi partiyalarla keçirdiyi toplantıdan sonra uzun müddətdir müzakirə edilən müstəqillik referendumunun 25 sentyabr 2017-də keçiriləcəyini elan etmişdi.
“Referanduma qarşı olan hər kəsin fikrinə hörmət göstəririk. Ancaq əksəriyyətlə referendumu istəyənlərə də hörmət edilməlidir”. Deyən Bərzani, “Kərkükdə hər zaman birlikdə həyat, sülh və qardaşlıq şəhərin simvolu olaraq qalmalıdır. Kimsənin, Kərkükün təhlükəsizlik və sabitliyi pozmağa çalışmasına icazə verməyəcəyik. Kürdüstan xalqı dinc bir cəmiyyət olduğunu sübut etmişdir”. Deyə danışmışdı.
Bərzani, “Kərkük xalqı öz əlləri ilə müqəddəratını təyin edəcək və taleyinin təyin edilməsinin mane olmağa çalışmasına da yol verməyəcəkdir”. Dedi.
İraq Baş Naziri Heydər Əl-İbadət, referendumun konstitusiyaya zidd olduğunu bildirərək, nəticələri tanımayacaqlarını demişdi.
İraq məclisi, çərşənbə axşamı günü İKBYNİN referendum təşəbbüsünü rədd edərkən, Diyala və Səlahəddin vilayətlərində yerli hakimiyyətlərdə öz sərhədləri daxilində referendum keçirilməsini qəbul etməyəcəklərini bildirmişdi.
İraq məclisi, etdiyi səsvermədə İKBYNİN 25 sentyabrda həyata keçirməyi planlaşdırdığı “müstəqillik referendumunu” rədd etmişdi.