Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Bəzi marşrutların hərəkətində dəyişiklik edilib

Bakıda 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilib.

 

Keşlə qəsəbəsindən metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edən 15 nömrəli marşrut bundan sonra Bakı Olimpiya Stadionuna və “Böyük Şor” bulvarına gedəcək. Həmçinin, Bakı ətrafı qəsəbələrdən gələn 172 saylı marşrut da Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna, oradan isə metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək. Bununla yanaşı, metronun “Nərimanov” stansiyasından 24, “Dərnəgül” stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da “Böyük Şor” bulvarına daxil olacaq. Dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş-gəlişini təmin edəcək. Bundan əlavə, yenilik istirahət məqsədilə stadion yaxınlığındakı “Böyük Şor” bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq.

Check Also

Dünya neft emalı zavodlarının 20 faizindən çoxu bağlanma riski altındadır – Tədqiqat

Dünya neft emalı potensialının beşdə birindən çoxu benzin istehsalında gəlirliliyinin proqnozlaşdırılan azalması və karbon emissiyalarının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir