Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Şahalıyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, Müəllimlər İnstitutunun müəllimi olan M.Şahalıyeva vətəndaş Qəhrəman Əliyevin övladını universitetə qəbul etdirəcəyi vədini verib. O, həmin şəxsdən 20 min manat pul alıb. Bundan başqa, M.Şahalıyeva Ceyran Bayramovaya qarşı da eyni əməl törədib və onun 12 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə prosesi zamanı M.Şahalıyeva elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini və pulları universitetə tələbə qəbulu məqsədilə yox, borc aldığını deyib.
Check Also
ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər
ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …