Cümə , 19 Aprel 2024
Drone Cameras

Bakı vağzalında bomba xəbəri yalan çıxdı – YENİLƏNİB

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı xəbər təsdiqini tapmayıb.

Boyukmillet.com AzVision.az-a istinadən xəbər verir ki, binada axtarış işləri yekunlaşıb, hər hansı partlayıcı maddə aşkar edilməyib.

***

Fövqəladə Hallar Nazirliyi Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yayıb.

Boyukmillet.com nazirliyin saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunmuşdur, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyə olunublar.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: “Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir