2026-cı il oktyabrın 12-də Bakıda, 28 May metro stansiyasının yaxınlığında hicaba azadlıq və hicablı qızların təhsil hüququnun müdafiəsi tələbi ilə keçirilən aksiyaya polis müdaxilə edib.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatında 37 nəfərin saxlanıldığı bildirilsə də, hadisə ilə bağlı əldə edilən məlumatlara əsasən, əslində 200-dən artıq şəxs polis tərəfindən saxlanılıb.
Saxlanılan siyasi fəallar arasında Gülara Əhmədova, Rəsul İbrahimov, Rauf Həşimov,Rüstəm Məmmədov və İlahə Təhməzova polis bölməsində olduqları müddətdə qeyri-insani rəftara, ağır fiziki və psixoloji təzyiqlərə, eləcə də ciddi işgəncələrə məruz qalıblar.
Xüsusilə qeyd edilməlidir ki, polis bölməsində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftar iddiaları son dərəcə ciddi insan hüquqları pozuntularıdır və təxirəsalınmadan müstəqil araşdırılmalıdır.
Bu hadisələr dini etiqad azadlığı, sərbəst toplaşmaq hüququ və insan ləyaqətinin qorunması ilə bağlı ciddi suallar doğurur.

Azərbaycan hakimiyyətindən saxlanılan şəxslərin hüquqi vəziyyətinin açıqlanması, işgəncəyə məruz qaldığı bildirilən fəalların müstəqil tibbi müayinədən keçirilməsi, bütün zorakılıq iddialarının araşdırılması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.
Dini etiqad azadlığını müdafiə etmək cinayət deyil. Heç bir insan öz inancına və dinc etirazına görə qeyri-insani rəftara və işgəncəyə məruz qalmamalıdır.
Boyukmillet.com
Boyukmillet.com Biz yanmasaq vətən yanar

