Şənbə , 29 Yanvar 2022
Home » Dünya » BDU Türkiyənin üç universiteti ilə müqavilə imzaladı

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzaladı

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dedeoğlu Bakı Dövlət Universitetində olublar.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən bəhs edib.

Türkiyəli rektorlar öz növbələrində, təmsil etdikləri ali təhsil müəssisələri barədə danışıb, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.

Görüşdə Bakı Dövlət Universiteti ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Sonra İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan redaktoru olduğu “Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan” kitabını BDU-ya hədiyyə edib.

BDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra görüş başa çatıb.

Check Also

Zakir Fərəcovun “dağılan tifağı”: Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə

Sumqayıtın icra başçısı Zakir Fərəcovun başının üzərində qara buludlar dolaşır. Bunu artıq özü də etiraf …