Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Bloger Mehman Hüseynovun məhkəməsi başlayıb

Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.

“Report”un məlumatına görə, hakimi Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov vəkili Elçin Sadıqov məhkəmədən vaxt istəyib. O, polis rəisinin şikayəti ilə tanış olmadığını bildirib.

Məhkəmə vəsatəti təmin edib.

Növbəti iclas fevralın 17-nə təyin edilib.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir