Şənbə , 27 İyul 2024
Drone Cameras

Bu şəxslər həkimlikdən məhrum ediləcək

Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək.

Boyukmillet.com realliq.infoya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Millət vəkili bildirib ki, bu məsələ “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində öz əksini tapıb. Millət vəkili hesab edir ki, cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır:

“Çünki həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, həkimləri bu işə sövq etməsinlər”.

M.Quliyev bildirib ki, selektiv abort edən ginekoloqların həkimlik adından, həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır:

“Ona görə də selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat bildirib ki, selektiv abortlarla bağlı qadağa xarici ekspertlərin təəccübünə səbəb olub: “Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”.

Pediatr Vaqif Qarayev Axar.az-a açıqlamasında bildirib ki, selektiv aborta görə ginekoloqların həkimlik adından məhrum edilməsi olduqca gözəldir. Lakin selektiv abort etdirmək istəyən valideynlərin də düşüncəsi dəyişməlidir:

“Anaların, ataların, qayınana-qayınataların düşüncəsi də abort ediləcəkmi? İnzibati qadağalar əsrlərdən bəri oturuşmuş mentallığı dəyişə biləcəkmi?! Əlbəttə yox! Dəyişmir, əksinə, ana bətnində öldürülən körpələrin sayı ilbəil artır. Bu, çox böyük təəssüf doğurur. Ümid edək ki, bu qanun bu cür abortların qarşısının alınmasında ciddi rol oynayacaq”. 

 

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir