Zəlzələdən sonra qardaş Türkiyəyə maliyyə dəstəyi göstərmək məqsədilə bütün Azərbaycan xalqı kimi ölkəmizin işgüzar icması da aktivləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında deyilir. Belə ki, bir qrup azərbaycanlı iş adamı qardaş türk xalqına yardım etmək təşəbbüsü və çağırışı ilə çıxış edib. Vəsaitlər AFAD dövlət fonduna göndərilir. Ətraflı: https://en.afad.gov.tr/earthquake-campaign Saytda yerləşdirmək üçün …
Read More »Nazir müavini: “Azərbaycanda fermerlər üçün dövlət xidmətləri rəqəmsallaşdırılır”
“Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı Azərbaycan iqtisadiyyatının inkişafının əsas amillərindən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Milli Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, aqrar sahədə innovasiyalar mühüm rol …
Read More »Ekspert: “Qarın vaxtında yağması kənd təsərrüfatı üçün xeyirlidir”
“Qarın qışda, yəni vaxtında yağması kənd təsərrüfatı üçün xeyirli, yazda yağması isə çox ziyandır, çünki yaz ayları ağacların çiçəklənən dövrüdür”. Bunu “Report”a açıqlamasında Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyib. “Bir neçə ildir ki, dünyada havaların quraq keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu hal təkcə bizim ölkə ilə bağlı deyil, ekoloji tarazlığın …
Read More »KTN: “2023-cü ildə mal-qaranın Kəlbəcər və Laçın yaylaqlarına köçürülməsi genişləndiriləcək”
Gələn il mal-qaranın və arı ailələrinin Kəlbəcər və Laçın yaylaqlarına köçürülməsi daha təkmil formada təşkil ediləcək və köç prosesinin miqyasının genişləndirilməsi gözlənilir. Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə reqlament formalaşıb: “Aparılan işlər daha nizamlı şəkildə köçün təşkili ilə bağlıdır. Təbii ki, elektron qaydada müraciətlər yığılacaq. Prosedurlar tam müəyyən …
Read More »Azərbaycanın nar ixracında yaranan problemlər və onların həlli yolları açıqlanıb
Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 %, Ukraynaya isə 83 % azaldıb. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan ötən il 22 min tona yaxın nar ixrac edib: “Bunun 15 min tonu Rusiya bazarına tədarük edilib. Bu il isə Rusiyada qismən səfərbərlik elan edildiyi üçün əhalidə alıcılıq qabiliyyəti azalıb. Ölkə sanksiyaların altında olduğu üçün iqtisadiyyat …
Read More »Azərbaycan Qazaxıstanla aqrar sahədə texnolji yenilikləri transfer edəcək
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi “Qazinnovations” arasında aqrar sahədə texnolji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) çərçivəsində imzalanıb. Aqrar İnnovasiya Mərkəzinin rəsmisi beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri …
Read More »Türkiyə səfiri Lənkəranda çay tingləri əkib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkəranda çay tingləri əkdik. Boyukmillet.com xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb. “Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq. Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay” şirkətində olduq”. Səfir habelə çay və çəltik istehsalı haqqında məlumat alıb. “Lənkəranda çay tingləri əkdik”, – Cahit Bağçı qeyd edib.
Read More »Nazirlik rəsmisi: “Pambıq yığımı üçün texnikanın sayı tələbatdan çoxdur”
“Azərbaycanda pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu qurumun Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev İmişlidə “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda keçirilən regional müşavirədə deyib. “Normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan …
Read More »Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirilib
Bu gün Hacıqabul rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub. Boyukmillet.com xəbər verir ki, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda …
Read More »Prezidentin İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi ləğv olunur
Prezidentin İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi ləğv olunduğunu elan edib. Boyukmillet.com xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Aruz Mirzəyev küçəsi ünvanına bildirə bilərlər.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
