Cümə , 13 Fevral 2026

Biznes

İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub. Müraciətdə bildirilir: “Hörmətli Forum iştirakçıları, Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və …

Read More »

Azərbaycanda gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək

Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə …

Read More »

Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb

Azərbaycanla Bosniya və Herseqovina Ukraynaya beynəlxalq yük daşımaları üçün əlavə icazələr təqdim edib. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaça feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.  Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə və üçüncü ölkələrdən yük daşımaları üçün 100 əlavə icazə verib ki, bu da baza kvotasının təxminən 20 % artımı deməkdir. Bosniya və …

Read More »

Azərbaycanda malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.  Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 20 ədəd müxtəlif markalı xəz dəri məmulatları, 400 ədəd breket dəsti, 143 ədəd stomatoloji sahədə istifadə olunan dəst və 46 …

Read More »

Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb. Boyukmillet.com bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS …

Read More »

Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.  Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib. Faktla …

Read More »

Azərbaycanda 7 ayda satışı və istehsalı dayandırılmış saxta aksiz markalı alkoqollu içkilərin həcmi məlum olub

Bu ilin iyul – avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif sahibkarlıq subyektlərində həyata keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlayaraq dövriyyədən çıxarıb. Boyukmillet.com quruma istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif …

Read More »

Dövlət Vergi Xidməti vətəndaşlara onlardan xəbərsiz sahibkarlıq fəaliyyətinə dair xəbərdarlıq edib

Azərbaycanda çoxsaylı müraciətlərə baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. Araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron …

Read More »

Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər

Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir. Boyukmillet.com Beynəlxalq Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək. 2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək. “Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu …

Read More »

Azərbaycanda rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlamasını aparıb. Boyukmillet.com İnstituta istinadən xəbər verir ki, nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı …

Read More »