Bazar , 22 Noyabr 2026

Daxili siyasət

Prezident İlham Əliyev Eldar Mansurovu təltif edib

Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, E.Mansurov 1952-ci il fevralın 28-də Bakıda anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

Read More »

Neftçalada Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub

Neftçala rayonunda Xocalı soyqırımının 30-cu ildönümü dərin hüznlə qeyd olunub və şəhidlərin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan “Xocalı abadəsi” ziyarət olunub. Abidənin önünə gül dəstələri düzülüb, şəhid xocalılıların xatirəsi ehtiramla anılıb və ruhlarına dualar oxunulub. Eyni zamanda rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul …

Read More »

Xocalı soyqırımı qurbanlarının xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda soyqırımı qurbanlarının xatirəsinin yad olunmasını təklif edib. Deputatlar təklifi qəbul edib və Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Read More »

İlham Əliyev deputatlarımızın İrəvana səfərindən danışıb

“Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, – mən bilmirəm Ermənistanda necə adlandırılır, – bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı”. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS …

Read More »

“Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyati QHT rəhbərləri iştirak ediblər. Görüşün məqsədi gender zəmnində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda QHT-lərin müzakirəsi olub. Aygün Əliyeva bildirib ki, …

Read More »

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib. Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Read More »

Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən şəxsləri təltif edib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Əliyev Tahir İdris oğlu Musayev Məhəmməd Nurəddin oğlu “Tərəqqi” medalı ilə Alıyev Dilqəm Alı …

Read More »

Nazirlik: “Ermənistan XİN-in bəyanatını qətiyyətlə qınayırıq”

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq”. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd edilib ki, özügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət …

Read More »