Daxili qoşunların fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətləri bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə görə, qurum daxili qoşunların strukturunu, ali hərbi rütbəli vəzifələrin siyahısını və …
Read More »Qərbi Azərbaycan Xronikası: Göyçədə xristian türklərə aid çoxsaylı abidələr mövcuddur
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Boyukmillet.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub. O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən …
Read More »Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb – RƏSMİ
Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar. Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə …
Read More »Xankəndidə qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binası sökülür
Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz sentyabrın 2-də başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz bu tarix Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi. Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə …
Read More »Prezident FƏRMANDA dəyişiklik etdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli Fərmanında dəyişiklik edib.
Read More »İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb
Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. …
Read More »Bu gün Laçın Şəhəri Günüdür
Bu gün Laçın Şəhəri Günüdür. Boyukmillet.com-un xəbərinə görə, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri “X” sosial şəbəkəsində …
Read More »Dövlət Komitəsinə azad edilmiş ərazilərə qayıdışla bağlı 3 minə yaxın müraciət daxil olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975 müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb. Bildirilib ki, həmin ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı 2867 məlumat və müraciət daxil olub. Birinci istiqamət üzrə …
Read More »Formula 1-lə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdirilib
Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan beynəlxalq hava limanlarında viza ala biləcəklər. …
Read More »Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Belə ki, Dövlət Xidməti Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri tələbələrinin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
