Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Boyukmillet.com xəbər verir ki, Şimali İrlandiyanın Belfast şəhərində yaşayan Azərbaycan icmasının 27 sentyabr – Anım Günü ilə əlaqədar məlumatlandırma akiyası keçirilib. Parlament binasının (Stormont) önündə baş tutan aksiya Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin …
Read More »Azərbaycan şəhidlərinin xatirəsi Almaniyada yad edilib
27 sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə …
Read More »Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib
ABŞ-ın Nyu-York şəhərində Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçirilib. Aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Ermənistan Azərbaycanın Ermənistandakı mədəni irsini məhv edib!”, “Ermənistanın minaları mülki …
Read More »Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun İcraçı Direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər …
Read More »Nyu-York azərbaycanlıları BMT-nin qarşısında aksiya keçiriblər
Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib. Boyukmillet.com xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər. Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq …
Read More »ABŞ azərbaycanlıları beynəlxalq qurumlara Ermənistanla bağlı çağırış ediblər
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar bu hadisə ilə bağlı çox məyus olublar. Bildirilib ki, Azərbaycan bölgənin bərpasına külli miqdarda vəsaitlər xərclədiyi və uzunmüddətli …
Read More »Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb edib
Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə bildirilib ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə …
Read More »Zalsburq Azərbaycan Evində şəhidlərimizin anım mərasimi keçirilib
Avstriyada fəaliyyət göstərən Zalsburq Azərbaycan Evində ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı həlak olan Azərbaycan hərbçilərinin anım mərasimi keçirilib. Anım mərasimində Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Sənan Hüseynov, Türkiyənin Zalsburqdakı baş konsulu Günay Babadoğan Ertan, Zalsburq Konsulluqlar Birliyinin baş katibi, Latviyanin Zalsburqdakı fəxri konsulu Karl Vindinq, Zalsburq bələdiyyəsinin, yerli ictimaiyyətin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak …
Read More »BMT-nin saytında Azərbaycandakı mina problemi barədə bəyanat yerləşdirilib
BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı” adlı bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının …
Read More »Dünya azərbaycanlıları Ermənistanın təxribatı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb. “Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyimizi bəyan edir və beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı …
Read More »