İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı “Yəhudi Gücü” partiyasından olan deputat Limor Son Har-Melex təklif edib. “The Jerusalem …
Read More »ABŞ narkotacir gəmilərinə 14 zərbə endirib
ABŞ ordusu son iki ayda Karib dənizi və Sakit okeanda narkotik daşıdığı güman edilən gəmilərə azı 14 hava və raket zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, “Reuters” agentliyinin araşdırmasına görə, sentyabr ayının əvvəlindən bu yana həyata keçirilən əməliyyatlar nəticəsində 61 nəfər həlak olub. Ağ Evin açıqlamasında bildirilib ki, ABŞ Prezidenti Donald Tramp bu addımları “narkoterrorizmin qarşısını almaq və günahsız amerikalıların …
Read More »Ağ Ev Karib dənizindəki əməliyyat üçün Konqresdən icazəyə ehtiyac görmür
Tramp administrasiyası hesab edir ki, Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə zərbələr endirmək üçün Konqresin icazəsi tələb olunmur. Boyukmillet.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən yayıb. ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, ABŞ 1973-cü ildə qəbul edilmiş Müharibə Səlahiyyətləri Qətnaməsində göstərilən tədbirlər səviyyəsinə çatmadığı üçün Karib dənizində və Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığına qarşı mübarizəni davam …
Read More »Almaniyada naməlum dron hava limanının fəaliyyətini iflic edib
Almaniyanın Bremen şəhərində dron hava limanının fəaliyyətini pozub. Boyukmillet.com-un məlumatına görə, bu barədə DPA agentliyi polisin nümayəndəsinə istinadən xəbər verib. Məlumata görə, dron dünən yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə saat 22:30) müşahidə edilib. Onun peyda olmasına görə hava limanındakı bütün təyyarələrin hərəkəti dayandırılıb, dronun operatoru müəyyən edilməyib. Hadisə səbəbindən Londondan Bremenə uçuş Hamburqa yönləndirilib, geri dönüş uçuşu …
Read More »ABŞ lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ lideri “CBS News”a müsahibəsində bildirib. “Düşünürəm ki, bəli, bacaracağıq”, – Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib. O, qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir …
Read More »Ağ Ev Ali Məhkəmənin tarifləri ləğv edəcəyi təqdirdə ehtiyat planlar hazırlayır
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin Amerika liderinin tariflərini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a müsahibəsində bildirib. “Bizim ehtiyat planlarımız var və Prezidentin ticarət komandası bu planlar üzərində səylə çalışır, amma Ali Məhkəmənin sonda düzgün qərar verəcəyinə ümid edirik”, – o deyib. Livitt qeyd …
Read More »Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölənlər var
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hava hücumu zamanı azı 4 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Dövlət Administrasiyasının rəhbəri Vladislava Qayvanenko “Telegram”da yazıb. Raket zərbələri vilayətin Samarovski rayonundakı bir mağazaya endirilib. Ölənlərdən ikisi 11 və 14 yaşlı uşaqlardır. Bundan əvvəl vilayətdə fövqəladə vəziyyət elan edilib.
Read More »İsrail ordusu Livana hava hücumu həyata keçirib, 4 “Hizbullah” üzvü öldürülüb
İsrail Müdafiə Qüvvələri ötən gecə Livanın cənubuna hava hücumu həyata keçirib. Boyukmillet.com-un “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb. Hücum nəticəsində “Hizbullah”ın elit Radvan bölməsinin dörd üzvü öldürülüb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbənin əsas hədəfi bölmənin maddi-texniki təchizat rəisi olub. Qeyd olunur ki, o, Livanın cənubunda “silahların ötürülməsində və …
Read More »Cənubi Koreya Şimali Koreyaya nəzarət üçün 5-ci casus peykini orbitə buraxdı
Cənubi Koreya Şimali Koreyaya qarşı kəşfiyyat imkanlarını artırmaq üçün beşinci hərbi casus peykini orbitə göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Seulun Müdafiə Nazirliyinin məlumatına görə, bu proqram çərçivəsində 2025-ci ilin sonuna qədər 5 peyk buraxılacaq. Məqsəd — Pyoñyanqın hərbi fəaliyyətini daha yaxından izləmək və ABŞ-ın peyk görüntülərindən asılılığı azaltmaqdır. Ekspertlər bu buraxılışı Koreya yarımadasında kəşfiyyat balansını …
Read More »Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb
Rusiyanın Kazan, Orenburq və Ulyanovsk hava limanları təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib. “Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır”, – agentliyin sözçüsü yazıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar