Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etməklə hədələyib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun (Kolumbiya dairəsi, ABŞ) ən təhlükəsiz şəhərlərdən birinə çevrildiyini bildirib. Boyukmillet.comğ-un məlumatına görə, bu barədə o, “Truth Social”da yazıb. Onun sözlərinə görə, bəzi tədbirlər sayəsində Vaşinqton cəmi bir neçə həftə ərzində ən təhlükəsiz şəhərə çevrilib: “Bu yer yenidən çiçəklənir, restoranlar, mağazalar və müəssisələr doludur. Onilliklər ərzində ilk dəfə olaraq demək olar ki, cinayət yoxdur”. Bununla yanaşı, …

Read More »

Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi şərtini açıqlayıb

Tramp NATO ölkələrinin onun ardınca addımlar atacağı və Rusiyadan neft almağı dayandıracağı təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb. “Bütün NATO ölkələri razılaşdıqda və eyni şeyi etməyə başlayanda, bütün NATO ölkələri Rusiyadan neft almağı dayandıranda mən də Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır …

Read More »

Zelenski müharibəni dayandırmaq üçün Moskvaya təzyiq etməyə Çini inandırmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün Çini Rusiyaya təsir göstərməyə inandırmağın yollarını axtarmağa çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkə lideri Kiyevdə keçirilən birinci xanımlar və cənabların beşinci sammitində bildirib. Onun fikrincə, Moskva artıq xammal tədarükçüsü və iqtisadi tərəfdaş kimi Pekinlə sıx bağlıdır, Çin isə mühüm təsir rıçaqlarına malik olan ölkədir. Ukrayna lideri əlavə edib ki, bu …

Read More »

Qırğızıstanda beynəlxalq sənəd saxtakarlığı kanalının fəaliyyəti dayandırılıb

Qırğızıstanda saxta sənədlərin – pasportların, sürücülük vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin, orta və ali təhsil haqqında şəhadətnamələrin hazırlanması və satışı üzrə beynəlxalq kanalın fəaliyyəti dayandırılıb. Boyukmillet.com Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb. Bildirilib ki, kanal ölkənin Jalal-Abad vilayətində fəaliyyət göstərib. Axtarışlar zamanı DMTK əməkdaşları tərəfindən pasportlar, saxtakarlıq əlamətləri olan müxtəlif arayışlar, …

Read More »

ABŞ Ermənistana “Tramp Marşrutu”na görə 145 milyon dollar ayıracaq

ABŞ “Tramp yolu” üçün Ermənistana ilk tranş olaraq 145 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Hanrahan Yerevanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla görüşü zamanı bildirib. “145 milyon dollar yardım bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və “Tramp marşrutu”nun həyata keçirilməsi üçün maliyyələşmənin ilk tranşıdır. Yardım ticarətə, …

Read More »

Habertürk və Show TV-nin əmlakları dövlət nəzarətinə keçdi

İstanbul Küçükçekmece Baş Prokurorluğunun apardığı istintaq nəticəsində media qurumları – Habertürk, Show TV və Bloomberg HT-nin əmlak və aktivləri müsadirə olunub.  Bu kanallar 2024-cü ildə Can Holdinqə satılmışdı. İstintaq çərçivəsində Can Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla, ümumilikdə 10 nəfər barəsində həbs qərarı verilib. Onlara qarşı cinayət təşkilatı qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli …

Read More »

Türkiyənin 38 əyalətində İŞİD-ə qarşı əməliyyatda 161 nəfər saxlanılıb

Türkiyənin 38 əyalətində son bir həftədə keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşmasında fəaliyyət göstərməkdə, terror təşkilatını maliyyə dəstəyi ilə təmin etməkdə şübhəli bilinən 161 nəfər tutulub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Ankara və İstanbul da daxil olmaqla 38 əyalətdə İŞİD-ə qarşı eyni zamanda …

Read More »

Polşa Belarusla sərhədi bağlayıb

Polşa yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Boyukmillet.com-un xəbərinə görə, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski Terespolda o vaxta qədər fəaliyyət göstərən yeganə sərnişin buraxılış məntəqəsində mətbuat konfransında deyib. “Gecə yarısı Belarusla sərhəddə hərəkəti dayandırdıq. Bu, “Zapad-2025″ təlimləri ilə əlaqədardır”, – nazir bildirib. “Hərəkət …

Read More »

Braziliyanın sabiq prezidenti Bolsonaru 27 il 3 ay müddətinə azadlıqdan məhrum olunub

Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd etdiyi üçün sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb. Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi …

Read More »

Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib, o cümlədən bu ölkənin neftinin qiymət tavanını aşağı salıb. Boyukmillet.com-un xəbərinə görə, Okeaniya ölkəsi Rusiyadan olan 11 fiziki və 8 hüquqi şəxsə sanksiya tətbiq edib. Siyahıya “kimyəvi silahların tədarükü, dezinformasiyanın yayılması və sanksiyalardan yayınmağa imkan verən alternativ ödəniş sistemləri ilə məşğul olan Rusiya subyektləri” daxil edilib. Yaponiya tərəfinin analoji tədbirləri Rusiyadan 14 …

Read More »