Sentyabrın 7-nə keçən gecə Rusiya 818 hava hücumu silahından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri “Facebook” səhifəsində məlumat yayıb. Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub. Qeyd olunub ki, sentyabrın 6-da saat 17:00-dan (Bakı vaxtı …
Read More »Havay adalarında qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib
Havay adalarında “Kiko” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Silviya Lyuk elan edib. Proqnozlara əsasən, adalardan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü qasırğa artıq gələn həftənin əvvəlində tropik fırtına şəklində arxipelaqa çata bilər. Sentyabrın 8-dən etibarən güclü yağışlar, fırtınalı küləklər və yüksək dalğalar gözlənilir. Fövqəladə …
Read More »İsrail ordusu Qəzzada binaya zərbə endirib
İsrail Müdafiə Ordusu (IDF) Qəzzada HƏMAS-ın kəşfiyyat məlumatlarının toplanması və əməliyyat fəaliyyəti məqsədilə istifadə etdiyi çoxmərtəbəli binaya zərbə endirdiyini bəyan edib. Bu barədə Boyukmillet.com “The Times of Israel”ə istinadən məlumat verir. Hərbçilərin məlumatına görə, yaraqlılar binada izləmə avadanlığı, müşahidə məntəqələri quraşdırıb, həmçinin İsrail qoşunlarına hücum etmək üçün yaxınlıqda partlayıcı qurğular yerləşdiriblər. Ordudan bildiriblər ki, zərbədən əvvəl mülki əhali arasında itkini minimuma …
Read More »Ukrayna və Rusiya yeni hərbi əsir mübadiləsinə hazırlaşır
Ukrayna Rusiya ilə yeni hərbi əsir mübadiləsi həyata keçirməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Novini.LIVE”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, mübadilə üzərində iş davam edir, xüsusilə də bütün ağır yaralı hərbçilərin azad edilməsi ilə bağlı İstanbul razılaşmaları həyata keçirilir.
Read More »Putin Çeçenistanın baş nazirinə general-leytenant hərbi rütbəsi verib
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Baş naziri Maqomed Daudova Rusiya Milli Qvardiyasının general-leytenant hərbi rütbəsini verib. OC Media yazır ki, bu barədə cümə axşamı Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında məlumat verib. Kadırovun sözlərinə görə, Daudovun irəli çəkilməsi onun “Vətənə uzun illər xidmətinin tanınmasıdır”. Kadırov vurğulayıb ki, Daudov Çeçenistanda silahlı qruplaşmalara qarşı əməliyyatlarda fəal iştirak edib, Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə …
Read More »İsrailin Belçikadakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb
Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyinin qarşısında əlində “Molotov kokteyli” olan şübhəlini saxlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, səfirliyin heç bir əməkdaşı xəsarət almayıb, onların hamısının təhlükəsizliyi təmin olunub. İsrail mediasının məlumatına görə, İsrailin təhlükəsizlik xidməti əməkdaşları artıq şübhəlinin şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Read More »Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib. Boyukmillet.com xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb. Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi “dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına” malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də “eyni aqibətlə” üzləşəcək. Tramp …
Read More »Avropa İttifaqı sərhədlərə nəzarəti sərtləşdirəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən ümumi Avropa sərhəd keçid sistemini tətbiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Avropa sərhədlərdə nəzarəti sərtləşdirir: hava limanlarında barmaq izlərinin götürülməsi və üz təsvirlərinin qeydə alınması üzrə geniş miqyaslı layihə başlayır”, – “Yle” yazıb. Şirkətin məlumatına görə, sistem ilk növbədə saxta pasportları olan şəxslərin aşkarlanmasına yönəlib. EES (“Entry”/”Exit System”) …
Read More »Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib. “Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik”, – Rusiya lideri vurğulayıb. V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə …
Read More »Pentaqon: Venesuelanın iki hərbi təyyarəsi ABŞ HHQ gəmisinin yaxınlığından uçub
Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. “Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı”, – məlumatda deyilir. Bildirilir ki, Venesuela kartelinə ABŞ-nin hərbi narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına daha da mane olmağa, çəkindirməyə və ya müdaxilə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
