Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Britaniya Kadırovun anasına və atasının adını daşıyan fonda sanksiya tətbiq etdi…

Böyük Britaniya Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovu və Ahmet Kadırov Fondunu sanksiyalar siyahısına əlavə edib. Sanksiyalara məruz qalanların Böyük Britaniyadakı aktivləri dondurulacaq. Bundan başqa, siyahıda olanların ölkəyə girişi də qadağan edilib. London hökumətinin açıqlamasına görə, Aymani Kadırovun siyahıya daxil edilməsi Axmet ​​Kadırov Fondunun rəhbəri kimi Moskvanın nəzarətində olan ərazilərdə “Rusiya hökumətinin ukraynalı uşaqların hərbi-vətənpərvərlik ruhunda yenidən tərbiyə etmə …

Read More »

Yekaterinburqdakı Azərbaycan diasporuna qarşı təxribat – Vidadi Mustafayevi “sədr” vəzifəsinə kimlər “seçib”?

Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir. APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur. O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”. Vidadi Mustafayevin iqtisadi …

Read More »

London Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Hökumətdən bildirilib ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 11 mövqe genişləndirib. “Böyük Britaniya ukraynalı uşaqların məcburi deportasiyası, indoktrinasiyası, militarizasiyası və mədəni irsini silmək cəhdlərinə cəlb olunan şəxslərə qarşı sanksiyalar tətbiq edir”, – bəyanatda qeyd olunub. 11 sanksiyadan ibarət paketə səkkiz fiziki şəxs və üç hüquqi şəxs …

Read More »

Kim Çen In: Şimali Koreya və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir

2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün …

Read More »

Tramp: ABŞ Hindistan üçün gömrük rüsumlarını azaltmağı planlaşdırmır

ABŞ Hindistana qarşı tətbiq olunan gömrük rüsumlarının azaldılmasını nəzərdən keçirmir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Oval Ofisdə jurnalistlərin sualını cavablandırarkən danışıb. “Biz Hindistanla yaxşı münasibətlər qurmuşuq, amma uzun illər ərzində bu münasibətlər birtərəfli xarakter daşıyıb”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, bəzi sahələrdə Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları 200%-ə qədər yüksəlib: “Misal …

Read More »

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib. Boyukmillet.com verir ki, bu barədə Bolu vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 2-si axşam saatlarında Bolu polis şöbəsinin narkotiklərlə mübarizə idarəsinin keçirdiyi reyd zamanı xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Qeyd olunub ki, avtomobildə aparılan yoxlama zamanı yanacaq çənində şübhəli maddə aşkarlanıb. Həmin maddənin araşdırılması zamanı 9 təhlükəsizlik əməkdaşı onun yaydığı …

Read More »

Ərdoğan ABŞ-nin qərarını tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. “Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir. BMT Baş Assambleyası dünya problemlərini müzakirə etmək və həll yolları tapmaq …

Read More »

Gürcüstan Prezidenti Trampa strateji tərəfdaşlığı bərpa etmək çağırışı ilə müraciət edib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampa açıq məktub göndərib. Boyukmillet.com Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, iki ölkə arasında strateji tərəfdaşlığın bərpasına ümid etdiyini bildirib. Məktubda M.Kavelaşvili ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasını “bir sıra suveren dövlətlərə qarşı ədalətsiz və təcavüzkar siyasət çərçivəsində” Tbilisi ilə əməkdaşlığı dayandırmaqda ittiham edib. O qeyd edib ki, Gürcüstan və ABŞ-nin dəyər …

Read More »

Husilər İsrailə məxsus tankerə zərbə endiriblər

Yəmənin “Ənsər Allah” hərəkatından olan husilər Qırmızı dənizdə İsraillə əlaqəli olduğunu bildirərək “Scarlet Ray” neft tankerinə raket zərbəsi endiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb. Məlumata görə, hədəf vurulub. “Yəmən silahlı qüvvələrinin hərbi dəniz qüvvələri hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Qırmızı dənizin şimal hissəsində İsrailin neft tankeri “Scarlet Ray”ə ballistik raketlə hücum edilib”, – “Al Masirah” …

Read More »

ABŞ fələstinlilərə vizalarının əksər növlərinin verilməsini dayandırıb

ABŞ Fələstin vətəndaşlarına əhəmiyyətli sayda Amerika vizasının verilməsini müvəqqəti dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, müvafiq əmr ABŞ Dövlət Departamenti tərəfindən avqustun 18-də, Amerika dövlət siyasəti orqanının Qəzza zolağının sakinlərinə səfər vizalarının verilməsinin dayandırıldığını elan etməsindən bir gün sonra Amerika səfirlikləri və konsulluqlarına göndərilib. Viza təsdiqinin dayandırılması bütün Fələstin pasportu sahiblərinə …

Read More »