Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib. Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını …
Read More »Rusiya ordusu Ukraynaya zərbələr endirib, ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində 3-ü uşaq olmaqla 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Ukraynanın Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov özünün teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində region ərazisinə raket və hava zərbələri endirilib, artilleriya atəşi keçirilib, pilotsuz uçuş aparatları və reaktiv yaylım atəşi sistemlərindən istifadə …
Read More »Ukrayna lideri: Trampın Rusiya üçün müəyyən etdiyi son tarix sentyabrın 1-i başa çatır
Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı “güclü addımlar” gözləyir. Boyukmillet.com “RBK-Ukrayna”ya xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib. “Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq… ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb”, – o qeyd edib. V.Zelenski əlavə edib ki, sentyabrın 1-i ABŞ Prezidenti …
Read More »Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməklə bağlı razılığa gəlib
Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb. Bu barədə Boyukmillet.com Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın “X” hesabındakı paylaşımına istinadən xəbər verir.
Read More »İsrail Qəzzanı “təhlükəli hərbi əməliyyatlar zonası” elan edib
İsrail Müdafiə Qüvvələri (IDF) bu gün saat 10:00-dan etibarən lokal və müvəqqəti taktiki atəşkəsin təhlükəli hərbi əməliyyatlar zonası kimi müəyyən edilmiş Qəzza şəhərinə şamil edilməyəcəyini bildirib. Boyukmillet.com İsrail mediasına istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunub ki, İsrail hərbçiləri Qəzza zolağında humanitar səylərə dəstəyi davam etdirməklə yanaşı, bu bölgədə terror təşkilatlarına qarşı hücum …
Read More »Paşinyan soyqırım abidəsini “təmir” adı ilə sıradan çıxarır – Ermənilər ayağa qalxdı
Aşot Safaryanr: “Overton pəncərəsi işə düşdü – hədəf soyqırım memorialıdır” Boyukmillet.com xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın qərarları ətrafında yeni qalmaqal yaranıb. Bu dəfə söhbət İrəvanda yerləşən Tsitsernakaberd – guya 1915-ci il soyqırımı qurbanlarına həsr olunmuş memorial kompleksdən gedir. Paşinyan hökumətinin “təmir” adı ilə gördüyü işlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələ ilə bağlı tanınmış memar, memarlıq üzrə fəlsəfə doktoru və dosent Aşot …
Read More »Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq
ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir. “Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur”, – …
Read More »Cənubi Koreyanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb
Cənubi Koreyada xüsusi prokuror keçmiş baş nazir Han Dok Sunu sabiq prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdinə təhrik etməkdə günahlandırıb. Boyukmillet.com bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir. “Xüsusi prokuror Ço İn Sokun komandası bildirib ki, Han barəsində fiziki həbs olmadan təhrik, yalan ifadəvermə, rəsmi sənədlərin saxtalaşdırılması və məhv edilməsi, eləcə də digər qanun pozuntuları üzrə …
Read More »BMT-nin Livandakı sülhməramlı missiyasının mandatı sonuncu dəfə uzadılıb
BMT Təhlükəsizlik Şurası Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasının mandatını yekdilliklə 2026-cı ilin sonuna qədər uzadıb. Boyukmillet.com bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 15 üzvü Fransa tərəfindən hazırlanan və ABŞ ilə kompromis əldə edildikdən sonra təqdim olunan qətnaməni yekdilliklə dəstəkləyib. Qətnamədə UNIFIL-in 31 dekabr 2026-cı il tarixində fəaliyyətini dayandırması, həmin tarixdən başlayaraq bir il ərzində …
Read More »Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 23-ə yüksəlib
Rusiya ordusunun avqustun 28-də Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 23-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat paylaşıb. Xatırladaq ki, daha əvvəl 21 nəfərin öldüyü bildirilmişdi. Kiyev meri Vitali Kliçko isə açıqlamasında hücum nəticəsində azı 63 nəfərin xəsarət aldığını, onlardan 35-nin xəstəxanaya yerləşdirildiyini bildirib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
