İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Times of Israel yayıb. Qəzetin məlumatına görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir.İranın İsraili atəşə …
Read More »İsrail İranın Müdafiə Nazirliyinin qərargahına zərbə endirib
İsrailin Hərbi Hava Qüvvələri İranın Müdafiə Nazirliyinin Tehrandakı qərargahına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Hücum Nobaniad rayonunda baş verib, inzibati binalardan birinə cüzi ziyan dəyib. Eyni ərazidə Müdafiə Araşdırmaları Təşkilatı daha bir hücuma məruz qalıb.
Read More »İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib
İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib. Bu barədə Boyukmillet.com İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir. “İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin …
Read More »İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. Boyukmillet.com “Mehr”ə istinadən xəbər veri ki, Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.
Read More »KİV: İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb
İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, İran tərəfindən yeni raket atəşi qeydə alınıb, əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. “Hazırda hava hücumundan müdafiə vasitələri təhlükəni aradan qaldırmaq üçün lazım olan hər yerdə [hədəfləri] ələ keçirmək üçün işləyir”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.
Read More »İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub
İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalı verilib. Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verir. Həmçinin qeyd olunub ki, İran iki pilotsuz uçuş aparatı “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəşr həmçinin vurğulayıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Read More »İsrail on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırır
İsrail Müdafiə Ordusu on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bəyanat verib. Onun sözlərinə görə, onlar bütün sərhədlər boyunca yerləşdiriliblər. Xəbər yenilənir
Read More »İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
İordaniyanın hava hücumundan müdafiə qüvvələri öz hava məkanında bir neçə raket və PUA-nı vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Qeyd olunub ki, bu prosesdə İordaniya Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemləri iştirak edir.
Read More »İran Qızıl Aypara Cəmiyyəti: İsrail HHQ 60 məkana zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın səkkiz əyalətində azı 60 məkana zərbələr endirib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. “Hazırda 669 xilasedicidən ibarət 134 komanda İranın səkkiz əyalətində zərbələrə məruz qalmış 60-dan çox məkanda yardım göstərir”, – bəyanatda bildirilib. Bunlar Tehran, İsfahan, Həmədan, Xuzestan, Kürdüstan əyalətləridir.
Read More »İran İsrail zərbələrinə sərt cavab verəcəyini vəd edir
İran mülki şəxslərin, eləcə də alimlərin və hərbçilərin ölümü ilə nəticələnən İsrail zərbələrinə sərt cavab verəcək. Boyukmillet.com -un “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran hökumətinin bəyanatında deyilir. “Bizim cavab vermək hüququmuz var və biz bunu edəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan”, – bəyanatda qeyd olunub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
