Bazar , 11 Yanvar 2026

Digər ölkələr

İran ABŞ ilə nüvə danışıqlarından imtina edib

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib. Boyukmillet.com -un “New York Times”a istinadən məlumatına görə, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib. “İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək”, – məlumatda qeyd olunub.

Read More »

İran XİN: ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” qurumun bəyanatına istinadən məlumat yayıb. “İrana qarşı hücumun təhlükəli və genişmiqyaslı nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək”, – bəyanatda bildirilib. XİN-dən bildirilib ki, İsrail ABŞ-nin koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi: “Birləşmiş Ştatların hökuməti, bu rejimin əsas …

Read More »

Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub

Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb. Boyukmillet.com xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib. Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir. Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və …

Read More »

İsrail İrana havadan zərbə endirib, Tehranda partlayışların olduğu bildirilir

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir. “Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib. Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin …

Read More »

ABŞ: İran nüvə silahı yaratmaq üzərində fəal işləyir

ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib. Boyukmillet.com-xəbərinə görə, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz”, – paylaşımda qeyd olunur. İyunun …

Read More »

KİV: ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazırlığı barədə məlumat alıb

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb. Bu barədə Boyukmillet.com Amerikanın CBS telekanalına istinadən xəbər verir. Onun mənbələrinin sözlərinə görə, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. “ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir”, – telekanalın saytı qeyd edib. Məlumata görə, Dövlət Departamentinin …

Read More »

Tramp 14 iyun paradı zamanı etirazlar olacağı təqdirdə güc tətbiq edəcəyi ilə hədələyib

ABŞ Prezidenti Donald Tramp, iyunun 14-də Amerika ordusunun yubileyi şərəfinə keçiriləcək hərbi parad zamanı etiraz aksiyaları olacağı təqdirdə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. “Etiraz etmək istəyən insanlar çox böyük güclə qarşılaşacaqlar”, – Tramp Ağ evdə jurnalistlərə bildirib. O, etirazçıların ABŞ-ni nifrət edən insanlar olduğunu düşündüyünü əlavə edib. …

Read More »

KİV: ABŞ-nin Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib. Boyukmillet.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb. Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir. NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib. “Kyodo” agentliyi …

Read More »

Zelenski: Rusiya bizə ancaq uzunmüddətli müharibə və sanksiyalarsız qalib gələ bilər

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya onun ölkəsinə qarşı yalnız müharibə uzun illər davam etsə və Qərbin sanksiyaları olmasa qalib gələ bilər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə o, “ABC News” telekanalına müsahibəsində bildirib. “Dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin müharibədə hec cür qalib gələ bilməz. Bu, mümkün deyil. Buna görə də o, ancaq çox-çox, uzun illər …

Read More »

Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib

İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-nin fəsadları ilə üzləşəcək. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib. Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. “Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu …

Read More »