Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb. “İsrailin mərkəzinin bir neçə bölgəsində hava hücumu sirenlərinin səslənməsindən sonra Yəməndən atılan raketin qarşısı alınıb”, – məlumatda deyilir. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Read More »

Ermənistan DİN: Rusiya əleyhinə aksiya iştirakçıları XİN-in yaxınlığındakı ərazidən uzaqlaşdırılıb

İrəvan polisi Xarici İşlər Nazirliyinin binası yaxınlığındakı ərazini mühasirəyə alaraq Rusiya əleyhinə aksiya iştirakçılarını oradan çıxarıb. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. “Polis ictimai asayişi qoruyur”, – o bildirib. Qeyd edək ki, Ermənistan XİN-in binasında Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında görüş …

Read More »

İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir

İsrail ordusu Qəzza zolağında əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir, lakin girovların azad edilməsi barədə razılaşma əldə edilərsə, “öz hərəkətlərini düzəltməyə” hazırdır. Boyukmillet.com ordu mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir anklavda keçirilən əməliyyat müşavirəsinin yekunlarına dair bildirib. “Biz əməliyyatımızı genişləndirəcək, əlavə ərazilər üzərində əməliyyat nəzarətini təmin edəcək, HƏMAS hərəkatı tamamilə məğlub edilənə qədər terror …

Read More »

Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı qanunu təsdiqləyib

Macarıstan parlamenti mayın 20-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması prosesini başladan qanunu qəbul edib. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Qeyd olunub ki, səsvermə apreldə başlanan prosedurda növbəti addım olub. Həmin vaxt Baş nazirin nümayəndəsi hökumətin BCM-dən çıxmaq qərarını elan etmişdi. Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, BCM-dən çıxış prosesi təxminən bir il çəkəcək.

Read More »

Papa ilk olaraq onunla görüşəcək – Zelenskiyə xüsusi münasibət

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times2 nəşri Vatikanın mətbuat xidmətinə istinadən məlumat yayıb. Mənbəyə görə, görüş Papa XIV Levin rəsmi şəkildə vəzifəyə başlamasından dərhal sonra baş tutacaq və bu, Vatikanın Ukraynaya və bölgədəki humanitar vəziyyətə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Qeyd edək ki,  XIV Levin Papa seçilməsindən sonra baş tutacaq bu görüş, Vatikan diplomatiyasında mühüm bir mesaj kimi …

Read More »

ABŞ nüvə silahlarını saxta hədəflərdən fərqləndirə biləcək peyklər hazırlayır

Pentaqon, qitələrarası ballistik raketlərin həqiqi nüvə başlıqlarını saxta hədəflərindən fərqləndirə bilən raket hücumu xəbərdarlıq sisteminin peyk qruplaşmasının yaradılması üzərində işləyir. Boyukmillet.com “İnterfaks” a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Raketdən Müdafiə Agentliyinin rəhbəri general-leytenant Xit Kollins bildirib. Bu kosmik aparatlar ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “qızıl günbəz” raketdən müdafiə sisteminin tərkib hissəsi olmalıdır. “Gələcəkdə ballistik raketlərə qarşı müdafiəni …

Read More »

“Human Rights Watch” Qəzzada aclıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

“İsrailin Qəzzaya qarşı blokadası “yox etmə vasitəsinə” çevrilib” “Human Rights Watch” (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq “yox etmə vasitəsinə” çevrilib. Təşkilatın müvəqqəti icraçı direktoru Federiko Borello mayın 9-da verdiyi açıqlamada  belə deyib. “İsrailli rəsmilərin Qəzzanın iki milyon insanını daha kiçik bir əraziyə sıxışdırmaq, qalan əraziləri …

Read More »

Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb. “Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet …

Read More »

NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə dəstəyini ifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Alyansın baş katibi Mark Rütte Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib. “Biz NATO-da Trampın müharibənin ədalətli və uzunmüddətli həlli istiqamətində göstərdiyi səylərə dəstəyimizi bir daha qeyd edirik”, – Rütte deyib. O qeyd edib ki, …

Read More »

Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib

Rusiyaya qarşı 17-ci sanksiya paketinə “kölgə donanması”nın 189 gəmisi daxil edilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb. “Rusiyaya qarşı 17-ci sanksiya paketini alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Siyahıya Rusiyadan enerji daşıyıcılarının ixracını nəzərdə tutan daha 189 gəmini daxil etdik. Bu müharibə bitməlidir. Biz Kremlə təzyiq göstərməyə …

Read More »