Şənbə , 6 Dekabr 2025

Digər ölkələr

NATO Baş katibi müharibəyə hazırlığa çağırıb

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib. M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. …

Read More »

ABŞ Kanadaya ciddi xəbərdarlıq edib

Ottava cavab tədbirləri görərsə, ABŞ səlahiyyətliləri Kanadadan gələn mallara tarifləri artıra və ya genişləndirə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Əgər Ottava Amerikanın Kanadaya ixrac etdiyi mallara tariflər tətbiq etməklə və ya buna bənzər tədbirlərlə Vaşinqtona qarşı cavab tədbirləri görsə, Prezident Donald Tramp tətbiq etdiyi rüsumların əhatəsini artıra və ya genişləndirə bilər”, – sənəddə …

Read More »

Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb. Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib. Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı …

Read More »

Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb

Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması …

Read More »

Vaşinqtonda sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

Təyyarədə 60 sərnişin və dörd heyət üzvü, helikopterdə isə üç hərbçinin olduğu bildirilib Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib. “American Airlines”in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub. “Sikorsky …

Read More »

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir. Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər. Bu siyahıda …

Read More »

Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsində olduğu ilk doqquz gün ərzində rekord sayda – 38 fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Qeyd olunur ki, tarix boyu heç bir Amerika lideri belə etməyib. Portalın qiymətləndirmələrinə görə, Tramp prezident səlahiyyətlərini genişləndirmək məqsədilə ABŞ administrasiyasının işini yenidən qurur. Keçmiş ABŞ prezidentlərindən yalnız Cozef Bayden və Harri …

Read More »

ABŞ məmurlarına işdən çıxacaqları halda səkkiz aylıq maaş təklif edilib

ABŞ hakimiyyəti federal hökumət məmurlarına öz istəkləri ilə işdən çıxmaq üçün ərizə verəcəkləri halda təzminat olaraq səkkiz aylıq maaş ödəməyi təklif edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Yüz minlərlə insanın bu təklifi qəbul edəcəyi gözlənilir. Məlumata görə, bu təklifin əks olunduğu məktub əvvəllər məsafədən iş rejimindən ofisə qayıtmaq göstərişi verilən …

Read More »

ABŞ hökuməti qrant və kreditləri dayandırır

Bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri dayandırmalıdır ABŞ hökumətinin Büdcə Ofisi bütün federal qrant və kreditlərin dayandırılmasını əmr edib. Bu məlumatı “CNN” Ağ Evin daxili memorandumuna istinadən yayıb. Sənəddə qeyd olunur ki, bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri müvəqqəti dayandırmalıdır. Qərar yeni qrantların verilməsinə də şamil edilir. Sənədə əsasən, sərəncam yanvarın 28-də yerli …

Read More »

Lukaşenkonun 87,6% səslə qalib gəldiyi bildirilir

MSK ilkin nəticələri açıqlayıb və seçkinin baş tutduğunu deyib  Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin ilkin nəticələrini açıqlayıb. MSK-nın nəticələrinə görə, prezident seçkilərində aktivlik 66,41% olub. MSK sədrinin müavini Aleksey Başan bildirib ki, Belarusda keçirilən prezident seçkilərində seçicilərin 50%-dən çoxu iştirak edib.  Bununla da seçkinin baş tutduğu və əsaslı olduğu bildirilib.  Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya deyib ki, Minskdə 56,61%, …

Read More »