“QHT sədri Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürdüyünə və müalicəsinin Türkiyədə davam etdirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Twitter hesabından yazıb. Azay Quliyev əlavə edib ki, Mehriban xanım bu addımı ilə siyasi …
Read More »Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Boyukmillet.com-a verilən məlumata görə, əvvəlcə Komissiyanın oktyabrın 31-də keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. …
Read More »Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü
Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.Boyukmillet.com xəbər verir ki, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Güləliyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib.Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ona zəng ediblər. “Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın …
Read More »Cabbar Şıktaş: Naxçıvana səfər edən hər bir turist çox gözəl təəssüratlarla qayıdır
Naxçıvana ilk dəfə 1990-cı illərdə gəlmişdim. Bu gün fərqli bir mənzərə ilə qarşılaşdım, təəccübləndim. Əvvəlki görünüşdən əsər-əlamət yoxdur. Əminəm ki, buraya səfər edən hər bir turist çox gözəl təəssüratlarla qayıdır. Naxçıvan haqqında günlərlə danışsaq, sözlərimiz, fikirlərimiz bitib-tükənməz. “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş deyir. “Naxçıvana ilk dəfə gələndə “Yeni İğdır” qəzetinin müxbiri, “Milliyyət” qəzetinin İğdır …
Read More »Şura “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir. Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir: 1) Ölkədə aparılan iqtisadi, …
Read More »Məhşur teleaparıcı Elçin Əlibəylinin döyülməsi ilə bağlı bir qrup jurnalist Vilayət Eyvazova və Zakir Qaralova müraciət edib.
Boyukmillet.com xeber verir ki, bir qrup jurnalist Vilayət Eyvazova və Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir: Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Zakir Qaralova. Biz, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən jurnalistlər televiziya xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin (Elchin Alibayli) döyülməsi ilə əlaqədar cinayət işi başanılmasını, faktla bağlı araşdrımaların aparılmasını, məsələyə hüquqi qiymət verilməsini, …
Read More »Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi birgə məlumat yaydı
Boyukmillet.com Nuhçıxan-a istinadən məlumat verir Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün noyabrın 15-dən dekabrın 5-dək (Bazar günləri istisna olmaqla) …
Read More »Türkiyədən anti-terror əməliyyatı: Bağdadinin bacısı yaxalandı – Prezident Adminstrasiyasının rəsmisi təsdiqlədi (Foto)
“Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qeyd edib ki, Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir: “Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir. Xalqımızı …
Read More »Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib. Yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.
Read More »Dekabr ayının qeyri-iş günləri açıqlanıb
Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür. Boyukmillet.com xəbər verir ki, həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar