Dünya

Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə həlak olub. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

Read More »

Ermənistanın dinc əhaliyə qarşı törətdikləri ilə bağlı 52 cinayət işi başlanıb

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 52 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev brifinqdə deyib. Bu cinayət işlərindən 39-u dinc əhaliyə hücumlar, 5 cinayət işi muzdluların döyüşməsi, 1 cinayət işi vurulmuş zərərlə bağlıdır. “Həmçinin DTX və Hərbi Prokurorluqda da əlavə cinayət işıəri başlanılıb”.

Read More »

Cenevrə görüşü mətbuata qapalı olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb. Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb. Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi …

Read More »

Ərdoğandan Putinə KRİTİK QARABAĞ TƏKLİFİ: Rusiya ilə birgə… – GİZLİ DETALLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə etməkdənsə, Türkiyə və Rusiyanın quracağı masada həll etməyi təklif edib. Bu barədə “CNN Türk”Ərdoğanla Putin arasında 2 gün öncə baş tutan telefon danışığının məzmunundan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti təklifə müsbət yanaşıb. Lakin hələ dəqiq addımlar yoxdur. Qeyd …

Read More »

Pandemiyanın daha tez başa çatacağı ölkə açıqlanıb

İsveç koronavirus pandemiyasına son qoymaq üçün lazım olan 60-70%-lik immunitet “təbəqəsinə” çatan ilk ölkə ola bilər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib. “Hər kəsin nümunə gətirdiyi İsveçi qeyd edərdim. Əla mənzərədir: virus sərbəst buraxılıb. Bu, epidemiyanın özü dayanan zaman immunitet “təbəqəsinə” tez çatmaq üçün yaxşı prinsipdir. Onlar yavaşlamamağa, tam sürətlə getməyə …

Read More »

Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb

Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir. Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.

Read More »

Putinin çıxışı – Rusiya yeni reallığı nəzərə alır

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib. “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, – deyə ifadə edən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb. …

Read More »

“The New-York Times” nəşrində ermənilərin Bərdəni atəşə tutması barədə məqalə dərc edilib

“The New-York Times” nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib. Boyukmillet.com xəbər verir ki, jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri …

Read More »

Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasını qeyri-adi səbəblə əsaslandırdı

Ermənistan öz vətəndaşı, mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı Azərbaycandan təhvil almaqdan imtina etməsini qeyri-adi bəhanə ilə əsaslandırıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, o, Azərbaycan tərəfinin açıqlamasından sonra ölkəsinin müvafiq orqanlara sorğu göndərib. A.Tarmonyanın sözlərinə görə, alınan cavablara əsasən guya bu, Mişa Melkumyanın səhhəti ilə əlaqədar olub. Qarşı tərəf M.Melkumyanın xəstə …

Read More »

Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluqdan verilən məlumata görə, 29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi …

Read More »