Cümə , 17 Yanvar 2025

Dünya

Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq

Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq. “Report”un xəbərinə görə, Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif olunur. Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir.

Read More »

Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

“Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: “Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq”. Baş mama-ginekoloq bildirib …

Read More »

Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti: “SOCAR Ukrayna bazarında mövqelərini möhkəmləndirir”

Ukraynadakı çətin investisiya və biznes mühitinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın neft-qaz bazarında mövqeyini gücləndirməkdə davam edir. Bu barədə “Report”un Ukrayna bürosuna eksklüziv müsahibəsində Ukrayna Neft-Qaz Assosiasiyasının prezidenti Dmitri Kulik bildirib. Şirkətin bazardakı mövqeyini şərh edən D.Kulik qeyd edib ki, SOCAR-ın vəziyyəti yaxşı anlayan rəqabətqabiliyyətli menecmenti var, hökumət, ictimai təşkilatlar, tərəfdaşlar və bazardakı həmkarlarla kommunikasiya yaxşı səviyyədə qurulub. …

Read More »

Azərbaycana gələn xarici turistlərin sayı 21% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir. “Report”un verdiyi xəbərə görə, bu barədə mədəniyyət və turizm nazirininin müavini Nazim Səmədov məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə ölkəyə 2,071 mln. nəfər xarici vətəndaş gəlib. Nazir müavini bildirib ki, daxili turizm də bu müddətdə artım …

Read More »

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı şərtlər açıqlanıb

ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb. “Report” “Haber7″yə istinadən xəbər verir ki, həmin şərtlər belədir: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübütlar təqdim edilməli, ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməli. Türkiyə tərəfi …

Read More »

“18 ildir çəkdiyim xəstəliklərin kökündə o dəhşətli gecə dayanır”- Könül Xasıyeva

“Bütün tamaşaçılarımın qəlbində bir saray tikməyə çalışmışam”. Boyukmillet.com AzNews.az-a istinadən xəbər verir ki, bunu uzun xəstəlikdən əziyyət çəkən Xalq artisti, tanınmış muğam ifaçısı Könül Xasıyeva “5+5” verilişində deyib. Tamaşaçı ilə canlı ünsiyyətdə olan sənətkar göz yaşlarını saxlaya bilməyib: “Sevinc göz yaşlarıdır. Tamaşaçılarımı, sənətkarlarımız gördüm, kövrəldim. Ülvi duyğular deyirlər, o duyğular toxunulmazdır. Tamaşaçılarımla görüşdüm ülvi duyğularıma çatdım. 3 ildir ki efirdə yoxam. …

Read More »

DTX Bakıda əməliyyat keçirdi – Qeyri-qanuni dini ayinlər icra edən şəxslər saxlanıldı

Oktyabr 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.   DQİDK-nın …

Read More »

Ali Məclisin Sədri Sərəncam imzaladı

Oktyabrın 17-də  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-ın Naxcivantv.az-a istinadən məlumatına görə, Sərəncamda deyilir : Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Ağalarov Fazil Köçəri oğlu Allahverdiyev Elxan Şofir oğlu Bayramov Namiq Süleyman oğlu Əliyev Hafiz Sabir oğlu Əsədov Əli Hacı oğlu Həsənov Elşad Humay oğlu …

Read More »

“Bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır”

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcəyi bildirilir. Müstəqilliyimizin bərpasının 26-cı ildönümü günündə təşkil olunacaq bu dinləmələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud fikirlərini bildirib: – Hazırda bir sıra …

Read More »

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Generalların zirvə görüşü: Bakı-Tiflis-Ankara oxu güclənir; Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçlü görüşünə sayılı günlər qalmış üç ölkə Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Tiflis təmasının pərdəarxası; bu, Ermənistanla yanaşı, onun işğal ortağına da mesajdır… Azərbaycan iki mühüm qonşusu – qardaş Türkiyə və Gürcüstanla strateji əməkdaşlığı dərinləşdirməkdə davam edir. Bu əməkdaşlıq təkcə iqtisadi-ticari, humanitar və energetika sahələrini əhatə etmir (Azərbaycan və …

Read More »